Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Əmlak Məsələləri Dövlət Komitəsi www.emdk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Əmlak Məsələləri Dövlət Komitəsi www.emdk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi www.emdk.gov.az domen adlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi digər saytlardan interaktiv xidmətlərin bolluğu və zənginliyi ilə fərqlənir. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, saytda videoçarxların olması onun üstünlüyünü göstərir. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bu çatışmazlıqlar isə daha çox bilgi içərisi ilə bağlıdır. Yəni, saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir.

Bunu nəzərə alaraq, aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi, rəhbəri haqda məlumat və kollegiya təqdim olunur. Həmçinin, dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar da saytda öz əksini tapır.  Buna görə də bu sahədə əlavə tövsiyə verilmir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri və e-poçt ünvanları) təqdim edilir. Burada qurumun marşrut sxemi və gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər də verilib. Burada da əlavə tövsiyə yoxdur.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər konkret şəkildə təqdim olunur. Saytdan sosial şəbəkələrə giriş var. Digər bilgilər – qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri təqdim edilir, lakin struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar göstərilməyib.   Yaxşı olardı ki, boş sahələr də doldurulaydı.

4. Qurumun əsas rəhbərinin bioqrafiyası təqdim edilir, lakin bunu onun müavinləri haqda demək olmur. Qurumun rəhbəri ilə əks-əlaqə imkanları da var. Lakin ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları göstərilmir. Dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkan isə var. Yaxşı olardı ki, burada da çatışmayan bilgilər təqdim edilsin.

5. Qurumun saytında mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram vəı layihələr haqda məlumatlar verilir.  Bu baxımdan əlavə bir tövsiyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da məlumatlar təqdim edilsin.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər yüksək səviyyədə sayıla bilər. Elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər geniş şəkildə öz əksini tapmışdır. Hətta elektron xidmətlərdən istifadə qaydalarını izah edən videoçarx da yerləşdirilmişdir. Bu da sayta üstünlük gətirən amildir. 13 interaktiv, 3 informativ xarakterli elektron xidmət istifadəyə verilmişdir. Bu xidmətləri bir virtual məkanda birləşdirən www.e-emdk.gov.az elektron xidmətlər portalı yaradılmışdır. Qaynar Xətt fəaliyyət göstərir. Bu baxımdan əlavə tövsiyə yoxdur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə  natamam bilgilər təqdim edilir.  İşə qəbulla bağlı komissiyalar haqqında məlumat göstərilir, amma dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə isə hər hansı bir bilgiyə rast gəlinmir. Tövsiyə olunur ki, bu sahə də dolğunlaşdırılsın.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Qurum rəhbərinin və digər işçilərin əmək haqları barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları göstərilib. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda əks etdirilir. Burada əlavə tövsiyə verilmir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə təqdim edilən bilgi qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender elanları və nəticələri barədədir.  Tender və yarışmaların nəticələri göstərilsə də, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) barədə heç bir məlumat təqdim edilmir. Bu sahədə də heç bir tövsiyənin verilmədiyini söyləmək olar.

12. Dövlət qurumunun cari norma yaratma  fəaliyyəti haqqında bilgilər öz  əksini tapmışdır. Bu bölümdə qurumun norma yaratma fəaliyyəti ilə bağlı sənədlər, qaydalar tam mətnlə verilmişdir. Bütün mümkün normativ aktların hüquqi bazası da təqdim edilir.  Bu sahə üzrə əlavə tövsiyəyə gərək yoxdur.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirlir. Əks əlaqə üçün onlayn forma və  sosial şəbəkələrə (facebook, tvitter, google+) birbaşa çıxışı da var.  Domen və istifadə rahatlığı var. Axtarış sistemi işləyir.  Lakin abunəyə rast gəlmədik. Yaxşı olardı ki, sayta abunə imkanı da yaradılaydı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV