Saturday 20th April 2024,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikasının prezidentinə məxsus www.president.gov.az ünvanındakı rəsmi İnternet resursun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikası prezidentinə məxsus İnternet saytın yeni versiyası monitoringimizin nəticələrindən də göründüyü kimi ilk baxışdan zəngin resurs təsiri bağışlayır. Bununla  belə Saytda “İnformasiya əldə etmək haqqında” qanunun konkret müddəaları üzrə bir sıra informasiyaların yerləşdirilməsinə ehtiyac var.  Ancaq onu da xüsusi vurğulamaq yerinə düşərdi ki, Onlayn xidmətlərin varlığı və işləkliyi saytın interaktivliyi üçün yaxşı şərait yaradır. Beləliklə saytın fəaliyyətinin təkmilləşdirilməsi üçün aşağıdakıların gerçəkləşdirilməsi səmərəli olardı.

Tövsiyələr:

1. Hər şeydən öncə yaxşı olar ki, saytın hazırda mövcud olan  www.president.az və  www.president.gov.az ünvanları ilə  bərabər www.prezident.gov.azwww.prezident.az domenləri də  qeydə alınsın . Bu  saytın daha əlçatım olmasını  təmin edərdi .

2. Bu saytda yalnız fəaliyyətdə olan prezident haqqında deyil, ümumiyyətlə Azərbaycanda prezident institutunun qurulması və fəaliyyəti, bu vəzifəni tutanların biografiyaları, fəaliyyətləri və s. haqda bilgilərin də yer alması daha faydalı olardı.

3.  Saytda telefon və faks nömrələri ilə yanaşı həm də e-poçt ünvanlarının verilməsinə ehtiyac var. Həm mətbuat xidmətinin, həm də digər xidmət və şöbələrin ən azı rəhbərlərinin, yaxud da başqa məsul şəxslərinin e-poçt ünvanları ziyarətçilərə bəlli olarsa məqsədəuyğun olardı.

4. Ayrı-ayrı şöbə və xidmət rəhbərlərinin adları, biografiyaları və qəbul vaxtları ilə bərabər onlarla birbaşa əlaqə vasitələrinin də verilməsi məqsədəuyğun olardı.

5. Prezidentin ayrı-ayrı məsələlərlə bağlı çıxışlarına keçidlər verilsə də (“prioritetlər” adı altında), təəssüf ki, onları tapıb oxumaq elə də asan deyil. Yaxşı olar ki, bu məsələdə daha konkretlik olaydı və lazımi məsələ ilə bağlı prezidentin çıxışının, yaxud da müsahibəsinin tam mətni deyil, ondan çıxarış veriləydi. Bu həm ziyarətçilərin işini asanlaşdırar, həm də saytda lazım olmadan təkrarçılığa yol verilməsinin qarşısını alardı.

6. Axtarış imkanlarının və arxivin genişləndirilməsinə ehtiyac var.

7. Statistika xarakterli bir sıra bilgilərin vaxtında yenilənməsi yaxşı olardı. Məsələn, ölkənin ərazisi, əhalisi və s. haqqında bilgiləri bura aid etmək olar. Nəzərə alınmalıdır ki, ölkənin müvafiq statistika qurumu fəaliyyət göstərir və yetərincə tez-tez də bu tip məlumatları ictimaiyyətə açıqlayır. Belə olan halda 2002-ci, yaxud da 1999-cu ilin bilgilərini sayta qoymaq prezident İnternet resursu üçün o qədər  də  məqsədəuyğun deyildir.

8. Prezidentə ünvanlanan məktubların arasından yalnız təşəkkür xarakterli olanlar deyil, həm də ən adi vətəndaşların ümdə problemləri ilə bağlı olanları da sayta yerləşdirməsi saytı daha oxunaqlı edərdi.  Online məktubların  vaxtaşırı icmalının verilməsi  faydalı olardı.
 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV