Saturday 05th October 2024,

2016

Ξ Leave a comment

Bərdə Rayon İcra Hakimiyyəti www.berde-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Bərdə Rayon İcra Hakimiyyəti www.berde-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyətinin  (www.berde-ih.gov.az) normal görünüşlü İnternet resursudur. Lakin ötən monitorinq ilindən bu yana saytda yenilik və dəyişiklik yoxdur. Ötən il xəbərlər bölməsini qənaətbəxş hesab etmişdiksə də, bu il informasiyaların təqdimindəki vaxt intervalının çox olması bunu deməyə imkan vermir. Bölmələr üzrə bilgilərin bəzilərini dolğun hesab etmək olar. Amma boş olan (elektron xidmətlər), hətta hələ də heç olmayan (etik davranış qaydaları) bölmələr var. Elektron müraciətlər bölməsinin təyinatına uyğun olmaması da diqqətdən qaçmır. Saytın heç bir sosial şəbəkəyə çıxışı da yoxdur.

Beləliklə, Bərdə Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Saytda qənaətbəxş hesab etdiyimiz bölmələr bunlardır: Rayonun tarixi, İqtisadiyyat, Təhsil, Səhiyyəs, Mədəniyyət, İdman. Qurumun rəhbəri haqqında verilmiş  məlumat da kifayət qədərdir. Rayonun əhalisi haqqındakı bilgi isə çox azdır. Bundan başqa qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də məlumat verilmir.

2.  Əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda göstərilməklə, ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı da verilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara isə rast gəlinmir.

3.   Şura bölməsindəki bilgilər azdır.  Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onlarla əlaqə nəmrələri isə saytda var.

4.  Qurumun rəhbəri haqqında qısa da olsa bioqrafik bilgi var. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da məlumat təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5.  Cari informasiyalar baxımından da saytı zəngin hesab edə  bilmərik. İnformasiyalar arasındakı vaxt intervalı günlərlədir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalar, subsidiya alanlar haqda da heç bir məlumata rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında bilgi, onlayn müraciət imkanı da təqdim edilmir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Saytda qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə məlumat, vəzifəli şəxslərin əlaqə nömrələri saytda var. Amma nə onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV