Thursday 21st November 2024,

2016

Ξ Leave a comment

Beyləqan Rayon İcra Hakimiyyəti www.beyleqan-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Beyləqan Rayon İcra Hakimiyyəti www.beyleqan-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyətinin  (www.beyleqan-ih.gov.az) İnternet resursu standart görünüşə malikdir. Saytda dəyişiklik və yenilik yoxdur. Bu il informasiyaların təqdimindəki vaxt intervalının elə də cox olmaması müsbət haldır. Bölmələr üzrə bilgilərin bəzilərini dolğun, hətta kifayət qədər informasiyalı hesab etmək olar. Amma boş olan (şura, bələdiyyələr, fəaliyyət, elektron xidmətlər), hətta hələ də heç olmayan (etik davranış qaydaları) bölmələr var. Saytın heç bir sosial şəbəkəyə çıxışı da yoxdur.

Beləliklə, Beyləqan Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1. Rayonun tarixi, Təhsil, Səhiyyə, İdman bölmələrini dolğun kimi qiymətləndirmək olar. Qurumun rəhbəri haqqında verilmiş  məlumat da kifayət qədərdir. Rayonun əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti haqqındakı bilgilər isə çox azdır. Bundan başqa qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də məlumat verilmir.

2.  Ziyarətçiləri qəbul edəcək rəhbər işçilərin telefon nömrələri (yalniz sabit telefon) saytda göstərilməklə, ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı da verilir. Lakin quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara isə rast gəlinmir.

3.   Şura bölməsi boşdur. Həmçinin saytda struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar yoxdur. Qurumun strukturu haqqında sxem olsa da, müavinlər haqqında mə­lumatlar, onlarla əlaqə nəmrələri isə saytda öz əksini tapmayıb.

4.  Qurumun rəhbəri haqqında qısa da olsa bioqrafik bilgi var. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da məlumat təqdim edilir. Lakin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5.  Cari informasiyalar baxımından da saytı nisbətən zəngin hesab edə bilərik. Amma informasiyalar arasındakı az da olsa vaxt intervalı mövcuddur. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Saytda qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalar, subsidiya alanlar haqda da heç bir məlumata rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında bilgi, onlayn müraciət imkanı da təqdim edilmir.

8.   Təqdim edilməyən bilgilər sırasında boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da vardır.

9.   Saytda qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə məlumat, vəzifəli şəxslərin sabit telefonla əlaqə nömrələri saytda var. Amma nə onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV