Thursday 21st November 2024,

2016

Ξ Leave a comment

Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Maliyyə  Nazirliyinin www.maliyye.gov.az  domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə  Nazirliyinin www.maliyye.gov.az  rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq qeyd etməliyik ki, Nazirliyin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyətini analiz edərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət və keyfiyyət  cəhətdən  analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Maliyyə  Nazirliyinin www.maliyye.gov.az  domen adlı İnternet saytını əsasən dolğun saymaq olar. Saytda maliyyə sahəsinə aid xidmətlər haqqında geniş bilgilər yer alıb. Saytın istifadəsini tamamilə rahat adlandırmaq olmasa da sahə ilə bağlı bir çox məlumatlara rast gəlmək mümkündür.

Saytda Virtual Qarabağ, Azərbaycanın işğal olunmuş əraziləri kimi vacib məsələlərə yer ayrılması təqdirə layiqdır. Elektron xidmətlər bölməsinin ayrıca təqdim edilməsi də müsbət haldır. Həm də sual-cavab üçün imkanlar öz əksini tapıb.

Maliyyə Nazirliyinə tabe olan qurumlar haqqında da ətraflı bilgilər yer alıb. Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti, Maliyyə Elm-Tədris Mərkəzi, Maliyyə və Uçot Jurnalı Redaksiyası MMC –lərə keçidlər öz əksini tapıb.

Bundan əlavə qurumun tarixi, ünvanı, rəhbərlik haqqında məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları, telefon və faks əlaqələri baxımından qurumun internet resursunu normal qiymətləndiririk. Tender elanları təqdim edilsə də, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələrinin mübahisələrin həlli qaydaları, həmçinin, büdcədənkənar daxilolmalarla bağlı da məlumatlara rastlamadıq. Saytın sosial şəbəkələrdə www.twitter.com , www.facebook.com  səhifəsi mövcuddur. Saytın axtarış sistemi isə məlumatlara çatmağa imkan vermir.

Qurum haqqında Dövlət Xidmətləri Portalında  www.dxr.az  məlumat bazası da mövcud deyil.

                                      Parametrlər üzrə saytın ümumi mənzərəsi: 

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi haqqında bilgi qısa olsa da, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə bilgilər yetərlidir.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Lakin, rəhbərliyin tefefon nömrələri, elektron poçtu, dövlət qurumunun ünvanının marşrut və sxemi, o cümlədən dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgilər təqdim edilsə də dolğun və yetərli deyil. Həmçinin, struktur rəhbərləri ilə əlaqə imkanlarında da çatişmazlıq var və struktur bölmələrinin dəqiq ünvanı, səlahiyyət çərçivələri yoxdu.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları yoxdur. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini qismən tapsa da nazir və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yetərli deyil.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), yetərli məlumatlar ətraflı göstərilib. Lakin, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bilgi yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı mövcud olsa da, Qaynar Xətt və Çağrı Mərkəzi mövcud deyil.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və  işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmişdir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları öz əksini tapmayıb. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi mövcuddur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri            , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir. Ümumiyyətlə saytın axtarış sistemi olduqca zəifdir və asan axtarışa imkan vermir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) olsa da, dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar və bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlarda bəzi çatışmazlıqlar olsa da ümumən qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu və abunə imkanları aşağı səviyyədədir. Əks əlaqə üçün onlayn formaların mövcudluğu öz əksini tapsa da istifadə və domen rahatlığı normal deyil. Sayt daxilində axtarış sistemi öz əksini tapsa da axtardığın məlumatlara çatmaq olmur. Sosial şəbəkələrdə www.twitter.com , www.facebook.com səhifəsi mövcuddur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV