Thursday 21st November 2024,

2016

Ξ Leave a comment

Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az ünvanlı İnternet saytının monitorinqində də qeyd etdiyimiz kimi, saytın texniki imkanları və funksionallığı qaydasındadır. Burada diqqət çəkən məqamlardan biri də e-xidmətlərin olmasıdır. Lakin, saytda çatışmayan bilgilər də mövcuddur.  Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə tövsiyələr təqdim etməyə zərurət var. Beləliklə, çatşmayan məqamlara birlikdə nəzər salaq.

Dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə və ayrı-ayrı vəzifəli şəxslərlə əlaqə üçün məlumatlar yoxdur. Qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər yetərli şəkildə təqdim olunsa da dövlət qurumunun strukturunun ümumi sxemi göstərilməyib. Həmçinin, struktur bölmələrinin rəhbərləri ilə birbaşa əlaqə imkanı da yoxdur. Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapsa da dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları yoxdur. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası barədə ayrıca informasiya öz əksini tapmsa da büdcədənkənar daxilolmalar haqda heç bir məlumata rast gəlinmir.

Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə xidmətlərin statistikası və xidmətlərdən istifadə qaydalarına rast gəlmədik. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunur. Lakin, qeyd etməyi zəruri hesab edirik ki, bu bilgilərə asanlıqla çatmaq mümkün deyil və mütləq axtarış sistemindən istifadə olunmalıdır.

Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməsə də digər dövlət qrumlarından fərqli olaraq təhsil işçilərinin orta aylıq nominal əməkhaqlarının artım tempi göstərilib. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri (saatları), həmçinin qəbula yazılmaq üçün elektron müraciət təqdim edilsə də qəbul qaydaları və şərtləri, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərə rast gəlmədik. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə göstərilməyən bilgi yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədədir. Hər parametr üzrə ayrıntılı bilgiləri təqdim etməyə çalışaq.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcud olduğuna görə əlavə tövsiyə verilmir.

2. Ziyarətçilərin dövlət qurumuna  getməsi üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə və ayrı-ayrı vəzifəli şəxslərlə əlaqə üçün məlumatlar olmadığı üçün bu barədə bilgilərin olmasını tövsiyyə edərdik.

3. Qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər yetərli şəkildə təqdim olunsa da dövlət qurumunun strukturunun ümumi sxemi göstərilməyib. Həmçinin, struktur bölmələrinin rəhbərləri ilə birbaşa əlaqə imkanı da yoxdur. Bu məlumatların öz əksini tapmasını tövsiyyə edərdik.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları qeyd edilib. Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapsa da dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları yoxdur. Bu tövsiyənin verilməsi məqsədə uyğun olar.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Bu sahədə heç bir tövsiyəyə gərək duyulmur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası barədə ayrıca informasiya öz əksini tapmsa da büdcədənkənar daxilolmalar haqda isə heç bir məlumata rast gəlinmir. Bu məlumatların da olması tövsiyyə edilə bilər.

7. Qaynar Xətt (146) , bir neçə telefon nömrələri və Çağrı Mərkəzi mövcud olduğu üçün bu istiqamətdə hər hansı əlavə tövsiyəyə ehtiyac duyulmur. Lakin, dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə xidmətlərin statistikası və xidmətlərdən istifadə qaydalarına rast gəlmədik. Bu bilgilərin yer almasını tövsiyə edərdik.

8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunur. Qeyd etməyi zəruri hesab edirik ki, bu bilgilərə asanlıqla çatmaq mümkün deyil və mütləq axtarış sistemindən istifadə olunmalıdır.

9. Digər dövlət qrumlarından fərqli olaraq təhsil işçilərinin orta aylıq nominal əməkhaqlarının artım tempi göstərilsə də sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməyib. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri (saatları), həmçinin qəbula yazılmaq üçün elektron müraciət təqdim edilsə də qəbul qaydaları və şərtləri, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərə rast gəlmədik. Bu bilgilərə yer ayrılmasını da tövsiyə edərdik.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə göstərilməyən bilgi yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır. Bu barədə bilgilərin təqdim olunması tövsiyə edilir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtlərinin göstərilməsi tövsiyə edilir.

13.Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu və sayt daxilində axtarış sistemi öz əksini tapıb. Sosial şəbəkələrdə səhifəsi mövcuddur. Bu istiqamətdə heç bir tövsiyəmiz yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV