Azərbaycan Respublikası Xızı Rayon İcra Hakimiyyəti www.khizi-ih.gov.az İnternet resursu ümumilikdə yaxşı təsir bağışlasa da, saytda çatışmazlıqların olmasi diqqətdən qaçmır. Rayon haqda (tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyatı və s.) verilən bilgiləri dolğun deyil, qənaətbəxş hesab etmək olar. Qurumun ünvanı göstərilsə də, ünvana gəlmək üçün marşrut və sxemi, ictimai nəqliyyat növü göstərilməyib. Qurumun rəhbəri haqda məlumata rast gəlinsə də, aparat, rəhbərin müavinlərinin və digər rəhbər işçilərin bioqrafik bilgiləri təqdim edilmir. Qurumun büdcəsi, işçilərin əmək haqları, etik davranış qaydaları, tender elanları, axtarış sistemi, işə qəbul qaydaları, işə qəbul haqqında elanlar, qurumdaxili əmrlər, şöbələrin rəhbərləri haqqında da heç bir məlumat təqdim edilmir.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Yuxarıda da qeyd etdiyimiz kimi, rayon haqda (tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyatı, səhiyyə, mədəniyyət, idman və s.) verilən bilgiləri dolğun deyil, qənaətbəxş hesab etmək olar. Qurum özü, qurumun rəhbəri haqqında verilmiş məlumatlar da qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.
2. Qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri və qəbul saatları göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar var, amma onlarla əlaqə kimi yalnız sabit telefon nömrələri göstərilir. Aparatın strukturu bölməsində iki keçid verilsə də, onlar işlək deyil. Şura bölməsindəki informasiya da yetərli deyil. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqqında informasiya verilsə də, struktur bölmələrinin rəhbərləri haqqında bu bilgi çox azdır. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.
5. Cari informasiyalar baxımından saytı qənaətbəx hesab etmək olar, ammaburda da vaxt intervalının çoxluğuna rast gəlirik. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Saytda qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və qəbul saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları internet resurslarının mövcud qaydalarına uyğun hesab edilə bilər. Lakin saytda abunə, axtarış imkanları gözə dəymir.