Thursday 21st November 2024,

2016

Ξ Leave a comment

İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun www.anfes.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun www.anfes.gov.az  domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun www.anfes.gov.az  rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, qurumun rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyətini analiz edərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Fondun internet resursu yaxşı qiymətləndirilir və istifadəçi üçün əsasən çatımlıdır. Saytın istifadəsi rahatdır, monitorinq üçün nəzərdə tutulan parametrlər üzrə çatışmazlıqlar olsa da ümumi fəaliyyəti əks etdirən bilgilər yetərlidir.  İqtisadi rayonlar, inzibati şəhər və rayonlar üzrə,  iqtisadiyyatın sahələrinə görə görülmüş investisiya layihələri çox yaxşı əks edilib. Sadəcə olaraq rayon və inzibati ərazilərə tıklayaraq orada hansı işlərin görüldüyünü və görülməkdə olduğunu izləmək mümkündür. Xüsusilə də investisiya layihələri haqqında təqdim edilən bilgilər qənaətbəxşdir.

Maliyyələşdirilmiş investisiya layihələri, Müvəkkil kredit təşkilatlarının filiallar şəbəkəsi, İllik hesabat, Elektron ticarət portlalı, İcazələrin electron portalı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan İnvestisiya Şirkəti kimi kecidlər müvcuddur.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun www.anfes.gov.az  ünvanlı İnternet saytında dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Qurumunun yerləşdiyi ünvan, telefon və faks nömrələri, e-poçt ünvanı haqqında da bilgi verilib. Həmçinin, dövlət qurumunun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilmişdir. Qurum ilə əks əlaqə üçün ümumi imkanlar da saytda öz əksini tapıb. Habelə, dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər içərisində onlayn müraciət və Çağrı Mərkəzi (195-2) istisna olmaqla digər bilgilər yoxdur. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları da saytda öz əksini tapıb. Qurumun bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Saytda informasiyalara giriş üçün texniki imkanları da qənaətbəxş saymaq olar. Qurum haqqında Dövlət Xidmətləri Portalında (www.dxr.az  məlumat bazası mövcud deyil. Saytda çatışmayan bilgilər haqqında monitorinqlərin tövsiyə hissəsində geniş təqdimat ediləcək.

                                   Parametrlər üzrə saytın ümumi mənzərəsi:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Lakin, dövlət qurumunun rəhbərləri və kollegiya haqqında məlumatlara rast gəlinmir.

2. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon və faks nömrələri, e-poçt ünvanı haqqında bilgi verilsə də ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlamaq imkanları aşağı səviyyədədir. Hətta, dövlət qurumunun ünvanının marşrut və sxemi, o cümlədən dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilmişdir. Aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilərə rast gəlinmir.

4. Dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapsa da rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları yoxdur.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər içərisində onlayn müraciət və Çağrı Mərkəzi (195-2) istisna olmaqla digər bilgilər yoxdur. Qrumun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası və Qaynar Xətt mövcud deyil.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə heç bir bilgiyə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları qeyd edilib. Lakin, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi mövcud deyil.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri            , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir.

12. Dövlət qurumunun bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar olsa da saytı  ümumilikdə qənaətbəxş saymaq olmaz. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, sayt daxilində axtarış öz əksini tapmayıb. Sosial şəbəkələrdə səhifəsi də mövcud deyil.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV