Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Nazirliyin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı İnternet saytı çox əla qiymətləndirilir və istifadəçi üçün çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə səthi məlumatlar olmasa da əsas və lazımi bilgilər geniş təqdim edilir. Xüsusilə də, saytdan digər hüquq-mühafizə orqanlarının saytlarına- Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Məhkəmə sisteminə, Məhkəmə-Hüquq Şurasına, Konstitusiya Məhkəməsinə keçid verilib. Bununla yanaşı Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestri, Hüquqi Aktların Dövlət Reystri, E-Qanun.az, Xocalıya Ədalət, Vitual Qarabağ kimi keçidlər də var. Habelə bəzi beynəlxalq əməkdaşlıq keçidlərinə də rast gəlinir. Avropa Ümumi Hüquq Təşkilatı, Hüquqşünasların insan hüquqlarlı üzrə tədrisinə dair Avropa Proqramı (HELP II) və başqa bu kimi keçidlər də var. Daha bir diqqət çəkən məsələ mətbu nəşrlərlə bağlıdır. “Ədliyyə qəzeti”, “Qanunçuluq jurnalı”, “Ədliyyə fəaliyyəti mətbuat səhifələrində” kimi mətbu orqanların fəaliyyəti də geniş təqdim olunub.
Parametrlərə uyğun monitorinqlər göstərdi ki, Nazirliyin www.justice.gov.az saytı çox səliqəli və nizamlı qaydada hazırlanmışdır. Elektron Xidmətlər bölümündə çox zəngin məlumatlar öz əksini tapıb. Azərbaycan ad və soyadları haqqında məlumat, Mətbu nəşrlərin uçotu üçün müraciətlərin və sənədlərin qəbulu, Qrantların qeydiyyatı üçün elektron müraciət; Borcun, icra ödənişlərinin internetlə ödənilməsi və s. bölümlər xüsusilə diqqət çəkir.
Dövlət qurumunun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli və dolğun bilgilər mövcuddur. Nazirliyin, struktur təşkilatlarının və alt qurumların, həmçinin region təşkilatlarının dəqiq ünvanlarını, telefon nömrələrini və elektron-poçt ünvanlarını saytdan asanlıqla əldə etmək mümkündür. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar barədə də yetərli bilgi təqdim edilmişdir. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları var. Qurumun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya saytda öz əksini tapıb. Hətta, təsdiq olunmuş illik smeta xərci ve xərclənmiş vəsaitlər də qeyd edilib. Dövlət qurumu tərəfindən elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları və Qaynar xətt (012 5397675) mövcuddur. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilmişdir. Vətəndaşların dövlət qurumunda ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də mövcuddur. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, elanların arxivi qeyd edilmişdir. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir və sayt daxilində axtarış sistemi mövcuddur.
Həmçinin, sosial mediada www.facebook.com aktiv səhifəsi və Dövlət Xidmətləri Portalında da www.dxr.az məlumat bazası var.
Bir sözlə, Ədliyyə Nazirliyinin rəsmi intenret saytı məlumat bolluğu və vətəndaş cəmiyyətinə açıqlığı ilə diqqəti cəlb edir.
Parametrlər üzrə saytın ümumi mənzərəsi:
1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli və dolğun bilgilər mövcuddur.
2. Nazirliyin, struktur təşkilatlarının və alt qurumların, həmçinin region təşkilatlarının dəqiq ünvanlarını, telefon nömrələrini və elektron-poçt ünvanlarını saytdan asanlıqla əldə etmək mümkündür. Saytda qurumun ünvanı xəritədə göstərilib, lakin həmin ünvanlara gəlmək üçün nəqliyyat marşrutları göstərilməyib.
3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir.
4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Lakin, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlmədik.
5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya saytda öz əksini tapıb. Hətta, təsdiq olunmuş illik smeta xərci ve xərclənmiş vəsaitlər də qeyd edilib.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları və Qaynar xətt (012 5397675) mövcuddur. Yalnız Çağrı Mərkəzinə rast gəlmədik.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilmişdir.
9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumatlar təqdim edilməyib.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi olmasa da, dövlət qurumunda vətəndaşların ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də mövcuddur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , elanların arxivi qeyd edilmişdir. Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları istisna olmaqla bütün bilgilər yetərlidir.
12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtlərinə rast gəlinmir.
13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış, həmçinin sosial mediada www.facebook.com aktiv səhifələri var. Təəssüf ki, saytdan sosial şəbəkəyə keçid yoxdur.