Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az domen adlı İnternet saytının monitorinqində də qeyd etdiyimiz kimi, çox geniş və mükəmməl bilgilər yer alıb. Saytın texniki imkanları və funksionallığı da yüksək səviyyədədir. Bütün bölmələr dolğunluğu ilə fərqlənir. Burada diqqət çəkən məqamlardan biri də e-xidmətlərin olmasıdır. Lakin, saytda çox az sayda olsa da çatışmayan bilgilər də mövcuddur. Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə tövsiyələr təqdim etməyə zərurət var. Beləliklə, çatşmayan məqamlara birlikdə nəzər salaq.
Dövlət qurumunun ünvanının marşrut sxemi, habelə dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgiyə rast gəlmədik. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya saytda öz əksini tapmayıb. Qaynar Xətt mövcud olsa da Çağrı Mərkəzinə rast gəlmədik. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumatlar da təqdim edilməyib. Həmçinin, sosial şəbəkələrdə aktiv səhifələrinə də rast gəlmədik.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1.Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcud olduğundan heç bir tövsiyəmiz yoxdur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, dövlət qurumunun ünvanının marşrut və sxemi barədə də dolğun məlumatlar var. Yalnız dövlət qurumunun ünvanının marşrut sxemi, habelə dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgiyə rast gəlmədik. Bunun nəzərə alınmasını tövsiyə edə bilərik.
3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edildiyindən heç bir əlavə tövsiyəmiz yoxdur.
4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar, habelə bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər saytda öz əksini tapıb. Odur ki, heç bir tövsiyəmiz yoxdur.
5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərildiyindən heç bir əlavə tövsiyəmiz yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya saytda öz əksini tapmayıb. Bunun nəzərə alınmasını tövsiyə edirik.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı, xidmətlərdən istifadə qaydaları və Qaynar xətt ((+994 12) 538 52 48) mövcuddur. Yalnız Çağrı Mərkəzinə rast gəlmədik ki, bunun da nəzərə alınmasını yaxşı olardı.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilmişdir. Bu barədə heç bir əlavə tövsiyəmiz yoxdur.
9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumatlar təqdim edilməyib. Bunun nəzərə alınmasını tövsiyə edə bilərik.
10. Dövlət qurumunda vətəndaşların ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi mövcuddur. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər də yerindədir. Bu parametr üzrə də heç bir tövsiyəmiz yoxdur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , elanların arxivi qeyd edilmişdir. Tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları saytda yer almadığı üçün bu bilgilərin olmasını tövsiyə edərdik.
12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar da yetərlidir və hər hansı tövsiyəyə gərək duyulmur.
13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi mövcuddur. Yalnız sosial şəbəkələrdə aktiv səhifələri yoxdur. Bunun da öz əksini tapması yaxşı olardı.