Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti www.kurdemir-ih.gov.az domen adlı İnternet saytında lazımlı informasiyaların təqdimi baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Saytda rayon haqqındakı bilgilərdə olan boşluqların doldurulması, məlumatların zənginləşdirilməsi ilə yanaşı, qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
2. Quruma əhalinin ziyarətinin asanlaşdırmaq baxımından rəhbər işçilərin qəbul günləri, qəbul saatları ilə yanaşı, onlarla birbaşa əlaqə nömrələrinin təqdim edilməsi yaxşı olardı. Qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi də saytın informasiya yükünü artırardı.
3. İcra Hakimiyyətinin strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı. Tövsiyə olunur ki, rəhbər işçilər və onlarla əks əlaqələr baxımından, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında da bioqrafik bilgilər təqdim edilsin.
5. Cari informasiyaların intensiv yenilənməsi ilə yanaşı, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi də tövsiyyə olunur.
8. Saytda boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də öz əksini tapması tövsiyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Əhalinin qəbul günləri (saatları) haqqında məlumatla yanaşı, qəbul şərtləri, həm də vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyəyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyə olunur.