Saturday 23rd November 2024,

2016

Ξ Leave a comment

Qəbələ Rayon İcra Hakimiyyəti www.qebele-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Qəbələ Rayon İcra Hakimiyyəti www.qebele-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin  www.qebele-ih.gov.az ünvanlı İnternet resursunda rayon haqqında ətraflı, dolğun məlumat əldə etmək olar. Rayonda fəaliyyət göstərən idarə və müəssisələr, Prezidentin Qəbələyə səfərləri, istirahət və əyləncə mərkəzləri, Şəhidlər xiyabanı, “Qəbələ” qəzeti kimi bölmələr rayon haqqındakı təsəvvürü, məlumatlılığı daha da artırır. Qəbələ İcra Hakimiyyətinin həm facebook, həm də twitter sosial şəbəkələrindəki səhifələrinin olması qurumun əhaliyə açıq olmasüının nümunəsidir.. Saytın görünüşü normal, istifadəsi də rahatdır. Xəbərlər bölməsini də qənaətbəxş hesab etmək olar, daim informasiyaların yenilənməsi diqqət çəkir. Amma təqdim edilməsi bəzi vacib, gərəkli olan bilgilərin olmaması da gözdən qaçmır.

Beləliklə, Qəbələ Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun tarixi, təhsili, səhiyyəsi, mədəniyyəti, iqtisadyyatı, idmanı, bütövlükdə rayon haqqında çox bilgiləri əldə etmək olar. Amma qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.

2.  Əhalinin qəbulu üçün informasiyalar da qənaətbəxşdir. Qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanının ayrı-ayrı bölmələrdə olması ziyarətçiləri çaşdıra bilər. Vətəndaşların qəbulu bölməsində əhalini qəbul edəcək səlahiyyətli şəxslərin qəbul günləri və saatları, hətta icra başçısının da rayonun yaşayış məntəqələrində keçirəcəyi görüş-qəbullarının qrafiki göstərilsə də, əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onların əlaqə nömrələri (sabit telefon), e-poçt ünanları saytda var. Hətta inzibati ərazi dairəsi üzrə nümayəndələrin də siyahısı sxem şəklində göstərilb. Burada onların mobil nömrələrini də tapmaq mümkündür. Şura bölməsindəki bilgilər isə çox azdır.  Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri haqqında bioqrafik məlumat yoxdur. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilmir. Müavinlər, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqda da bioqrafik məlumatlara rast gəlmək olmur.

5.  Cari informasiyalar baxımından saytı qənaətbəxş hesab etmək olar. Verilən informasiyalar daim yenilənməsi diqqət çəkir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə sə heç bir bilgi təqdim edilmir.

6.   Qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalara,  subsidiya alanlar haqda məlumatlara da saytda rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı məlumatlara saytda rast gəlmək olur.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV