Tuesday 03rd December 2024,

Xəbərlər

Ξ Leave a comment

“İctimai informasiyaların əldə olunması: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

posted by

21. 02 .2008      
 
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları
Mərkəzinin    
                                                                                                                                                                                                         Məlumatı

    21 fevral   2008- ci il  tarixdə  Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən “İctimai informasiyaların əldə olunması: real vəziyyət  və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masada İnformasiya  açıqlığı sahəsində Mərkəzin  EITI  Koalisiyası, Milli  Büdcə Qrupu və Vətəndaş Nəzarəti Şəbəkəsi ilə  birgə həyata keçirdiyi Monitorinqin nəticələri  açıqlanıb.
    Multimedia Mərkəzinin direktoru, Layihənin rəhbəri  Osman Gündüz “İctimai informasiyaların  açıqlanmasının və əldə edilməsinin monitorinqi” Layihəsinin yekunları haqqında məlumat verib. O, 3  istiqamət  üzrə  göndərilən informasiya sorğularının izlənilməsi və  analiz  edilməsi  məqsədilə  beynəlxalq  təşkilatlar  tərəfindən istifadə  edilən informasiya  sisteminin bu  monitorinq  prosesində də  tətbiq  edildiyini  bildirib. İlkin olaraq  informasiya  sisteminə  69 sorğu  haqqında və onların nəticələri haqqında  məlumatların daxil edildiyi ( 60 sorğu dövlət qurumuna, 4 sorğu dövlət  şirkətlərinə və 5 sorğu xarici  neft şirkətlərinə) qeyd edilib və gələcəkdə bu sistemdən daha effektiv istifadə ediləcəyi bildirilib.
    Layihənin eksperti Ələsgər Məmmədli Layihə çərçivəsində  hazırlanan “Neft gəlirləri, büdcə  xərcləri  və neft  gəlirlərinin ətraf mühitə  və sosial  sahəyə  təsirləri sahəsində informasiya açıqlığının  monitorinqinin yekunları haqqında Hesabat”ı təqdim edib. Hesabatda 69 sorğudan yalnız 34-nün ( 49 %) cavablandırıldığı və 35-nin ( 51 %)   4  ay müddətində cavablandırılmadığı  qeyd edilib.  Sorğuların 6%-i qanunla müəyyən olunan vaxtda  cavablandırılmış, 43% sorğu vaxtından xeyli gec cavablandırılmışdır. Cavabsız buraxılan 35 sorğunun 30-unun dövlət qurumuna  və dövlətin təsis etdiyi Şirkətlərə,  5 –nin isə Neft Şirkətlərinə yönəlmiş olduğu bildirilib. 4 aylıq müddət ərzində cavablandırılan 34 sorğudan yalnız 15 sorğunun ( 22%) tam cavablandırıldığı və yetərli  hesab edildiyi  vurğulanıb.
     Müzakirələrdə ekspertlər Sahib Məmmədov, Qubad İbadoğlu, Azər Həsrət, sabiq  millət  vəkili Rizvan Cəbiyev, Turan İnformasiya  Agentliyinin  direktoru Mehman Əliyev, Media Hüquqları İnstitunun  nümayəndəsi Xaliq  Ağaəliyev, İnformasiya Alyansının nümayəndəsi Nazir Quliyev  və  digərləri  çıxış ediblər.    Müzakirələrdə ölkədə informasiya  açıqlığı  sahəsində  son  dövrlərdə müəyyən irəliləyişlər olsa da hələlik  bu  sahədə  normal informasiya  mühitinin yaradılmadığı   qeyd olunub. Əksər ictimai informasiya  subyektləri  tərəfindən ictimai informasiyaların açıqlanmasına   ciddi münasibət  bəslənmədiyi  vurğulanıb.  Müzakirələrdə  vətəndaş  cəmiyyətinin  bu istiqamətdəki fəaliyyətinin  daha da  gücləndirilməsi  və İnformasiya Müvəkkili  institutunun formalaşması istiqamətində  səylərinin  artırılması tövsiyə olunub. Əldə olunmuş  nəticələrin  geniş dairələrə  çatdırılmasının  da  vacibliyi  qeyd olunub. .
    Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib. 
     Dəyirmi Masa  ACİ – Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiyaların  açıqlanmasının və əldə edilməsinin monitorinqi” Layihəsi  çərçivəsində həyata keçirilib.
    Geniş məlumat www.informasiya.org –da  yerləşdirilib.

Multimedia Mərkəzi
Tel: 492 44 44  www.informasiya.org info@informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV