Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəsmi İnternet resursu: www.ardda.gov.az rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Dəniz Administrasiyasının rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.
Dövlət Dəniz Administrasiyasının internet resursu yaxşı qiymətləndirilir və istifadəçi üçün əsasən çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə məlumatlar olmasa da, əsasən lazımi bilgi təqdim edilir. Xüsusilə də, Dəniz Limanları haqqında məlumat bölümündə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Zığ Quru Yük Dəniz Limanı (Zığ Dəniz Limanı), Səngəçal Dəniz Limanı, Bakı Dəniz Balıq Limanı haqqında bilgilər geniş yer alıb. Tədris və Təlim Müəssisələri, Tibb müəssisələri, Xəzər Dənizi haqqında ətraflı məlumatlar, Azərbaycan Respublikasına aid gəmilərin siyahısı, gəmilər haqda geniş bilgi də təqdim edilməkdədir.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının www.ardda.gov.az ünvanlı İnternet saytında qurumun tarixi, fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı və dövlət qurumunun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, Qaynar Xətt (012 4974405), xidmətlərdən istifadə qaydaları mövcuddur. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilmişdir. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Qurum haqqında Dövlət Xidmətləri Portalında www.dxr.az məlumat bazası mövcuddur.
Parametrlər üzrə saytın ümumi mənzərəsi:
1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Lakin, qurumun rəhbərləri və kollegiya haqqında məlumatlara rast gəlinmir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı və dövlət qurumunun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Lakin, dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.
3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Lakin, dövlət qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları qeyd edilməmişdir.
4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapmayıb.
5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, Qaynar Xətt (012 4974405), xidmətlərdən istifadə qaydaları mövcuddur. Lakin, xidmətlərin statistikası və Çağrı Mərkəzinə rast gəlinmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilmişdir.
9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.
10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları öz əksini tapıb. Lakin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları barədə məlumatlara rast gəlinmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir.
12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.
13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Lakin, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, habelə sosial şəbəkələrdə səhifəsi aktiv sayılmır.