Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin www.seferberlik.gov.az ünvanlı İnternet saytının monitorinqində də qeyd etdiyimiz kimi, çox geniş bilgilər yer alıb. Saytın texniki imkanları və funksionallığı da yaxşı səviyyədədir. Burada diqqət çəkən məqamlardan biri də e-xidmətlərin olmasıdır. Lakin, saytda çatışmayan bilgilər də mövcuddur. Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə tövsiyələr təqdim etməyə zərurət var. Beləliklə, çatşmayan məqamlara birlikdə nəzər salaq.
Dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlara rast gəlmədik. Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, əsas rəhbərin müavin(lər)inin bioqrafiyaları və bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də qeyd olunmayıb. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmədə məlumatlar qismən göstərilsə də, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) qeyd edilməyib. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb. Xidmətlərin statistikası və Çağrı Mərkəzi mövcud deyil. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat da təqdim edilməmişdir. Vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s) mövcud deyil. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı, arxiv və bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilməyib. Sosial şəbəkələrdə səhifəsi aktiv deyil.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Bu barədə yetərli bilgilər mövcud olduğuna görə əlavə tövsiyə verilmir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, dövlət qurumunun ünvanının marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Lakin dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Bu bilgilər öz əksini tapmadığı üçün onun nəzərə alınmasını tövsiyyə edərdik.
3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Lakin struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar yoxdur. Bu halların aradan qaldırılması tövsiyyə edilir.
4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, əsas rəhbərin müavin(lər)inin bioqrafiyaları və bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur. Qeyd edilənləri nəzərə almağı tövsiyə edərdik.
5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya ətraflı və yetərli, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmədə isə məlumatlar qismən göstərilib. Lakin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) qeyd edilməyib. Bu bilgilər öz əksini tapmadığı üçün onun nəzərə alınmasını tövsiyyə edərdik.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb. Bunu nəzərə almağı tövsiyə edərdik.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları, onlayn müraciət imkanı, Qaynar Xətt (012) 493-06-52 və (012) 493-06-53 mövcuddur. Lakin xidmətlərin statistikası və Çağrı Mərkəzi mövcud deyil. Bu məlumatların olmasını tövsiyə edə bilərik.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları tam əks edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir. Bu bilgilər olmadığı üçün bunun nəzərə alınmasını tövsiyyə edərdik.
9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.
10. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi var. Lakin vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s) mövcud deyil. Bu halların aradan qaldırılması tövsiyyə edilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir. . Bu bilgilər öz əksini tapmadığı üçün onun yer alması tövsiyyə edilir.
12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı, arxiv və bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilməyib. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.
13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu aşağı səviyyədədir. Abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış sistemi öz əksini tapıb. Sosial şəbəkələrdə səhifəsi aktiv deyil. Bunu nəzərə almağı tövsiyə edərdik.