Saturday 23rd November 2024,

2016

Ξ Leave a comment

Milli Elmlər Akademiyasının www.science.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL

posted by informadmin
Milli Elmlər Akademiyasının www.science.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikası  Milli Elmlər Akademiyasının www.science.gov.az rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Nazirliyin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Akademiyanın internet resursu yaxşı qiymətləndirilir və istifadəçi üçün əsasən çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə məlumatlar olmasa da, əsasən lazımi bilgi təqdim edilir. Xüsusilə də AMEA-nın 41 İnstitut və Təşkilatlarının Saytlarına keçid verilib. Belə ki, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə Fizika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu.  Kimya Elmləri Bölməsi üzrə Akad.Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akad.Ə.Quluyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu. Yer Haqqında Elmlər Bölməsi üzrə Geologiya və Geofizika İnstitutu, Akad. H.Əliyev adına Coğrafiya İnstitutu. Biologiya və Tibb Elmləri Bölməsi üzrə Botanika İnstitutu, Zoologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Dendrologiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Mərkəzi Nəbatat Bağı. Humanitar Elmlər Bölməsi üzrə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi. İctimai Elmlər Bölməsi üzrə Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, A.Bakıxanov adına Tarix İnstitutu, Fəlsəfə İnstitutu, İqtisadiyyat İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi. Habeə  AMEA-nın nəzdindəki təşkilatlardan Respublika Seysmoloji Xidmət Mərkəzi, Gənc Alim və Mütəxəssislər Şurası, Azad Həmkarlar İttifaqı, Elmi İnnovasiyalar Mərkəzi (EİM), Mərkəzi Elmi Kitabxana. AMEA-nın Regional Bölmələri üzrə isə Naxçıvan Bölməsi, AMEA-nın Regional Elmi Mərkəzləri, Şəki Regional Elmi Mərkəzi ilə tanış olmaq mümkündür. AMEA nın sabiq prezidentləri, təsisçiləri, həqiqi və müxbir üzvlər, onların haqqında bioqrafik bilgilər var. Habelə “Elm TV” internet televiziyası da təqdim olunub.

Azərbaycan Respublikası  Milli Elmlər Akademiyasının www.science.gov.az  ünvanlı İnternet saytı bir sıra bölmələr üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Dövlət qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, dövlət qurumunun ünvanının marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlərə rast gəlinir. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları əks edilib. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə www.twitter.com , www.facebook.com səhifəsi aktivdir. Qurum haqqında Dövlət Xidmətləri Portalında www.dxr.az məlumat bazası mövcud deyil.

Parametrlər üzrə saytın ümumi mənzərəsi:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, dövlət qurumunun ünvanının marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Lakin dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir.

4. Rəhbər və rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) qeyd olunmayıb.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlərə rast gəlinir. Lakin elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı, Qaynar Xətt, xidmətlərdən istifadə qaydaları və Çağrı Mərkəzi  mövcud deyil.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları əks edilib. Lakin dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s), həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də mövcud deyil.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri barədə məlumatlar göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə www.twitter.com , www.facebook.com səhifəsi aktivdir. Yalnız abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğuna rast gəlmədik.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV