Thursday 21st November 2024,

2016

Ξ Leave a comment

Sabirabad Rayon İcra Hakimiyyəti www.sabirabad-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Sabirabad Rayon İcra Hakimiyyəti www.sabirabad-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti  www.sabirabad-ih.gov.az İnternet resursu istifadəsi rahat, görünüşü normal olan standart icra orqanı saytı formasındadır. Bütün bölmələrdəki informasiyalar standart formada və ölçüdədir.  Yalnız coğrafi mövqe, bank, poçt və rabitə bölmələrindəki məlumatlar azdır. Xəbərlər bölməsindəki informasiyalar da köhnədir, ara-sıra yenilənir. Sentyabr ayına aid xəbərlər bölməsində informasiya yoxdur. Subsidiyalar bölməsində verilən informasiyalar dolğun olmasa da, qrafik şəklində qısa məlumatlardır ki, onlar da 2013 və 2014-cü illərə aiddir. Etik davranışlar bölməsi ümumiyyətlə yoxdur. Saytdan sosial şəbəkələrə də çıxış yoxdur.

Beləliklə, Sabirabad Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun tarixi, əhalisi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilərı kafi qiymətləndirmək olar. Qurum, qurumun rəhbəri haqqında verilmiş  məlumatları da qismən qənaətbəxş hesab etmək olar. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.

2.  Əhalinin qurumla əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri və qəbul saatları göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  Saytda qurumun strukturu, şura haqqında sxem və müavinlər haqqında mə­lumatlar var, amma onlarla əlaqə nömrələri yoxdur. Aparatın strukturu bölməsində struktur bölmələrinin rəhbərlərinin adları belə göstərilməyib. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri haqqında az da olsa informasiya var, amma struktur bölmələrinin rəhbərləri haqqında isə informasiya yoxdur. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.

5.  Cari informasiyalar baxımından da saytı normal qiymətləndirmək olmaz. Informasiyalar köhnədir. Sonuncu informasiya avqustun 19-na aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Saytda qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri haqda informasiyalara da rast gəlmək olmur, amma subsidiya alanlar (2013, 2014-cü illər) barədə məlumat var.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və  qəbul saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV