Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman www.ombudsman.gov.az rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq öncə qeyd etməliyik ki, Nazirliyin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyəti analiz edilərək aparılmışdır. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.
Ombudsmanın internet resursunu yaxşı qiymətləndirmək olar. İstifadəçi üçün əsasən çatımlıdır və sahəyə aid bilgilər təqdim olunur. Qaynar Xətt kimi “İşgəncələr haqqında məlumatı təcili Ombudsmana ötür”-050 3709896 və “Uşaq hüquq pozuntusu ilə bağlı məlumatı təcili Ombudsmana ötür”-012 916 kimi telefon nömrələri qeyd olunub, illik məruzələr öz əksini tapıb. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə məlumatlar olmasa da, əsasən lazımi bilgi təqdim edilir.
İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman www.ombudsman.gov.az ünvanlı İnternet saytı bir sıra bölmələr üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Dövlət qurumun rəhbərləri, həmçinin onun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı, dövlət qurumunun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Əsas rəhbərin bioqrafiyası və bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya ilə bağlı yetərli məlumatlar göstərilib. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər və xidmətlərdən istifadə qaydaları, onlayn müraciət imkanı və Qaynar Xətt mövcuddur. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s) qeyd edilmişdir. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə www.twitter.com , www.facebook.com , www.youtube.com səhifəsi aktivdir. Qurum haqqında Dövlət Xidmətləri Portalında www.dxr.az məlumat bazası mövcud deyil.
Parametrlər üzrə saytın ümumi mənzərəsi:
1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun rəhbərləri, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur. Lakin qurumun tarixi və kollegiya haqqında məlumatlara rast gəlmədik.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı, dövlət qurumunun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Lakin, dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.
3.Aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə yetərli bilgi təqdim edilmişdir. Lakin dövlət qurumunun strukturunun ümumi sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar yoxdur.
4. Əsas rəhbərin bioqrafiyası və bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Lakin əsas rəhbərin müavin(lər)inin bioqrafiyaları, dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarına rast gəlinmir.
5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya ilə bağlı yetərli məlumatlar göstərilib. Lakin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə qeyd edilməyib.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər və xidmətlərdən istifadə qaydaları, onlayn müraciət imkanı və Qaynar Xətt mövcuddur. Lakin elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası və Çağrı Mərkəzinə rast gəlmədik.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir.
9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.
10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s) qeyd edilmişdir. Lakin vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərə rast gəlinmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri , mübahisələrin həlli qaydaları və elanların arxivi qeyd edilməmişdir.
12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.
13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə www.twitter.com , www.facebook.com , www.youtube.com səhifəsi aktivdir.