Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti www.tovuz-ih.gov.az domen adlı İnternet saytını normal icra orqanı saytı kimi qiymətləndirmək olar. Bölmələrin bəzisindən dolğun informasiya almaq mümkündür, bəzilərindən isə kifayət qədər məlumat almaq olmur. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Saytda rayon haqqındakı bilgilərdə tarix, mədəniyyət, səhiyyə, idmanla yanaşı, coğrafi mövqe, əhali bölmələrindəki informasiyaları dolğunlaşdirmaq, qurumun özü haqqında da, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında da, qurumunun fəaliyyətini təmin edən qanunverici baza haqqında da, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqda da bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. İcra Hakimiyyətinin strukturu haqqında sxem təqdim olunsa da və orada müavinlər adları qeyd olunsa da, onlar haqqında məlumatlar, onlarla əlaqə, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Qurumun rəhbəri haqqında təqdim olunmuş informasiya kimi, digər rəhbər işçilər və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur. Rəhbər, rəhbər işçilərin hamısı ilə əks əlaqələrin də saytda yerləşdirilməsi yaxşı olardı.
5. Saytdaki cari informasiya iyulun 15-nə aiddir. Onların daim yenilənməsi, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi tövsiyyə olunur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması tövsiyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyə olunur.
10. Həm vətəndaşlarin qəbul şərtləri və qəbul günləri (saatları), həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.