Azərbaycan Respublikası Yevlax Şəhəri İcra Hakimiyyəti www.yevlax-ih.gov.az İnternet resursundan haqqında demək olar ki, məlumat almaq mümkün deyil. Rayonun coğrafi mövqeyi, təhsili, səhiyyəsi haqqındakı bilgilər yetərsizdir. Şəhərin tarixi haqqında saytda heç bir məlumat yoxdur. Saytın elektron müraciət, eıektron xidmətlər, poçt və rabitə bölmələri boşdur. Qurumun tarixi, ona daha öncə rəhbərlik etmiş şəxslər barədə məlumat yoxdur. Qurumun rəhbəri haqda bioqrafik məlumat olsa da, onun müavinləri, aparat, şura və struktur rəhbərləri haqda bioqrafik məlmatlar yoxdur.
Xəbərlər bölməsini də qənaətbəxş hesab etmək olmaz, informasiyaların yenilənməməsi diqqət çəkir.
Beləliklə, Yevlax Şəhəri İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Şəhərin əhalisi, iqtisadiyyatı, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir, Şəhərin coğrafi mövqeyi, təhsili, səhiyyəsi barədəki informasiyalar azdır. Şəhərin tarixi bölməsi isə tamamilə boşdur. Qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.
2. Vətəndaşların qəbulu üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri də saytda yoxdur. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.
3. Qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar yararsızdır, onlarla əlaqə nəmrələri də saytda yoxdur. Şura bölməsindəki bilgilər də çox azdır. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.
4. Qurumun rəhbəri haqda bioqrafik məlumat var, amma onun müavinləri, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilmir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.
5. Cari informasiyalar baxımından da sayt zəngin sayıla bilməz. İnformasiylarin yenilənməməsi diqqətdən qaçmır. Monitorinq apardığımız müddətdə saytdakı sonuncu informasiya cari ilin sentyabrına aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.
6. Qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara da saytda rast gəlmək olmur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.
8. Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada vəzifəli şəxslərin əlaqə nömrələrinə də rast gəlinmir. Rəhbər işçilər tərəfindən nə vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.