Monitoringin nəticələrində də qeyd etdiyimiz kimi Ali Məhkəmənin İnternet resursu elə də ciddi bir mənbə və ya resurs kimi dəyərləndirilə bilməz. İstər istifadə rahatlığı baxımından, istər texniki tərtibat baxımından, istərsə də dolğunluq baxımından bu sayt çox zəif təsir bağışlayır. Bir daha qeyd etməyi zəruri sayırıq ki, bu saytda ən adi bilgiləri belə tapmaq mümkün deyil. Üstəlik tapılan bilgilər də elə də dolğun tərkibə malik deyil. Bir sözlə sayt yenidən qurulmalı, özü də həm texniki təchizat baxımından, həm də tərkib baxımından zənginləşdirilməlidir.