07.05.2008
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları
Mərkəzinin
Məlumatı
“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası və onun aparıcı qurumu olan Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən
13 may 2008 – cı il tarixdə , saat 11.00-da , BMM-də “İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları” mövzusunda Təqdimat mərasimi keçiriləcək.
Təqdimat mərasimində 50 dövlət qurumunun rəsmi internet resursunun ötən yarım il müddətində həyata keçirilən Monitorinqinin nəticələri açıqlanacaq. Dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli təqdim olunacaq.
Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Koalisiya tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.
Dəyirmi Masada ictimai əhəmiyyətli informasiyaların yayılması sahəsində mövcud vəziyyət və problemlər, dövlət qurumlarının internet resurslarının bu sahədəki rolu ətrafında müzakirələr aparılacaq.
Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbir Counterpart İnternational təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində keçirilir.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org