Saturday 07th December 2024,

2007_2008

Ξ Leave a comment

“İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları” mövzusunda Təqdimat mərasimi keçirilib.

posted by

13.05.2008       
Multimedia 
İnformasiya Sistemləri və Texnologiyaları  
Mərkəzinin     

 Məlumatı

   13 may 2008- ci il  tarixdə  “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyasının aparıcı qurumu

olan Multimedia Mərkəzi tərəfindən “İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları”  mövzusunda Təqdimat mərasimi keçirilib.     
Mərasimdə Multimedia Mərkəzinin direktoru  Osman Gündüz “İctimai informasiya subyektlərinin rəsmi internet resurslarının Monitorinqinin yekunları” ilə  bağlı Hesabatı və informasiya açıqlığı üzrə Reytinq Cədvəlini təqdim edib.
   Hesabatda son  yarım il ərzində   dövlət orqanlarının rəsmi internet  saytlarında yerləşdirilən informasiyanın  kəmiyyət və keyfiyyət  baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb.
   Monitorinq prosesində  qiymətləndirmə Koalisiya  tərəfindən mövcud qanunvericiliyə və beynəlxalq normalara uyğun olaraq hazırlanan Metodika əsasında  gerçəkləşdirilib. Qiymətləndirmənin yekunu olaraq  bu mərhələdə 50  dövlət qurumunun informasiya  açıqlığı üzrə Reytinq Cədvəlinin hazırlandığı bildirilib.
  Monitorinqin nəticələrinə əsasən informasiya  açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq   Vergilər Nazirliyi (66%), RİTN (59%) və DİN (47%) tutub. Sonuncu yerlər isə Müəllif Hüquqları Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinə məxsusdur.

Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin , Müdafiə Nazirliyinin saytları isə hələ də hazırlanmayıb.

50 dövlət qurumu üzrə orta informasiya  açıqlığı  göstəricisi isə ötən illə müqayisədə 10% artaraq  27 % təşkil edib.
  Təqdimat mərasimində Layihənin eksperti Azər Həsrət, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov, İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi Dünya Camalova,  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Əli Kərim, Təhsil Nazirliyinin nümayəndəsi Akif Əliyev, Telejurnalist Qulu Məhərrəmli, müstəqil ekspert Rizvan Cəbiyev, Gün Səhər  qəzetinin Baş redaktoru Arif Əliyev, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı, Yerli özünüidarənin inkişafına dəstək" QHT Alyansının kordinatoru  Abil Bayramov  və digər  nümayəndələr  çıxış ediblər.

 Çıxışlarda ictimai əhəmiyyət  kəsb edən  informasiyaların  rəsmi saytlardan əldə edilməsi sahəsində son dövrlərdə müəyyən irəliləyişlərin olduğu bildirilib. Bununla belə qanunvericilikdə açıqlanması məcburi olan informasiyaların əksəriyyətinin hələ də  rəsmi saytlardan əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub.  İnformasiya müvəkkili institutunun formalaşmamağı məsələsinə yenidən toxunulub. Saytların ünvanlarının anlaşıqlı olmasının vacibliyi vurğulanıb. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və onun davamlı olaraq  aparılmasının  zəruriliyi qeyd olunub.
  Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib. 
  Monitorinq  Counterpart International təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya  azadlığının gerçəkləşməsinə  dəstək” Layihəsi  çərçivəsində həyata keçirilib.
     Geniş məlumat www.informasiya.org –da  yerləşdirilib.

Multimedia Mərkəzi

Tel: 492 44 44 

www.informasiya.org
info@informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV