Azərbaycan İnternet Forumu, Təhsil Nazirliyi və Microsoft – Azərbaycan qurumu tərəfindən “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı Layihə həyata keçirilir.
Layihənin məqsədi uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti və onların zərərli informasiyalardan qorunması ilə bağlı müəllimlər, valideynlər və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərməkdən, ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdən ibarətdir.
Artıq adı çəkilən qurumlar tərəfindən birgə həyata keçirilən Layihə çərçivəsində “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlanan kitab və eyni adlı Plakat hazırlanıb və nəşr olunub. Bu vəsaitlərdə müasir dövrdə ciddi informasiya-tədris vasitəsinə çevrilən İnternetdə eyni zamanda hansı təhlükələrin olması haqqında xeyli sayda məlumatlar özünə yer alıb. Vəsaitlərdə uşaqların İnternetdə təhlükəsiz fəaliyyəti ilə bağlı valideynlər, müəllimlər və uşaqlar tərəfindən hansı addımların atılmasının vacibliyi haqında tövsiyələr verilib.
Kitabın və Plakatın pulsuz olaraq məktəblərə və valideynlərə çatdırılması nəzərdə tutulub.
Layihə çərçivəsində həmçinin mövzu ətrafında maraqlı tərəflərin iştirakı ilə geniş ictimai diskussiyaların və Seminarların keçirilməsi, TV-də xüsusi verilişlərin təşkil edilməsi nəzərdə tutulub.
AİF
www.cit.az
492-44-44