Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Bələdiyyəsinin www.ganjanm.org domen ünvanlı İnternet resursu monitoringini apardığımız ilk bələdiyyə resursu kimi bizi heç də yaxşı mənada təsirləndirə bilmədi. Həm texniki tərtibat baxımından, həm funksionallıq, həm də ki, dolğunluq və operativlik baxımından olduqca zəif təsir bağışlayan saytın bir qədər, hətta kökündən təkmilləşdirilməsinə gərək var. Bunu nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi dilə gətirmək istərdik:
1. Ziyarətçilərin əks əlaqəsi üçün yalnız yer və bir ümumi e-poçt ünvanının verilməsi yetərli deyil. Buraya ayrı-ayrı teelfon nömrələri, onlayn yazışma forması və e-poçt ünvanları da əlavə edilməlidir.
2. Qurumun struktur bölmələri ilə əlaqə imkanlarını da saytda göstərmək lazımdır.
3. Rəhbər və rəhbər işçilərlə əks əlaqə üçün imkanlar təqdim edilməlidir.
4. Qurumun cari fəaliyyətini saytda əks etdirmək vacibdir.
5. Qurumun büdcəsi haqqında bilgiləri sayta yerləşdirmək lazımdır.
6. Qurum tərəfindən təklif edilən xidmətlər barədə də eyni fikri demək olar.
7. Boş iş yerləri və işə qəbul qaydalarını saytda əks etdirmək lazımdır.
8. Sahə işçilərinin əmək haqları haqqında da eyni fikirdəyik.
9. Vətəndaşların qəbulu ilə bağlı informasiyaları sayta yerləşdirmək məqsədəuyğundur.
10. Tender və yarışmalar barədə də eyni sözü demək olar.
11. Eyni fikri qurumun normayaratma fəaliyyətilə bağlı təkrarlamaq zorundayıq.
12. Saytın texniki imkanları zəmanədən çox-çox geridə qalmış olduğundan onun yenidən qurulması vacibdir.