Azərbaycan Respublikası Abşeron Rayonu Məhəmmədi Bələdiyyəsinin www.mehemmedi.belediyye.com domen ünvanlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, faktiki olaraq boşdur. Düzdür, texniki imkanlar baxımından sayt nisbətən yaxşı təsir bağışlayır. Ancaq içinin boş olması onunla bağlı hər hansı tövsiyə yazmağımızı mümkünsüz edir. Buna görə də bu saytla bağlı da tövsiyə yazmaqdan vaz keçməli oluruq.