Ana səhifə sol menyu və son xəbərlərdən qısa girişlərlə açılır. E-poçt da daxil olmaqla Dövlət Statistika Komitəsinin ünvanı, telefon və faks nömrələri ayrıca səhifədə verilib. İctimai əalqələr şöbəsi də daxil olmaqla heç bir şöbənin əlaqə vasitələri haqqında bilgi yoxdur. Baxmayaraq ki, öz sahəsinə görə, sayt zəngin sayıla bilər, burada əks əlaqə, həmçinin axtarış imkanlarının yoxluğu saytın istifadəsini çətinləşdirir. Bununla belə xəbərlər arxivi fəaliyyət göstərir. Saytda aşağıdakı bölmələr vardır:
• Statistika haqqında Azərbaycan Respublikasının qanunu: sadəcə qanun
• Dövlət Statistika Komitəsi haqqında Əsasnamə: sadəcə əsasnamə
• Təskilati strukturu: sadəcə sxem
• Kadr siyasəti: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kadr siyasəti Konsepsiyası, Dövlət Statistika Komitəsi sistemində inzibati və yardımçı vəzifələrdə işləməli olan ixtisasların siyahısı, iş üçün müraciət anketi
• Statistik işlərin dövlət programı: 2003-2007-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Programı
• Statistikanın tarixi: Azərbaycanda rəsmi statistikanın tarixindən
• Azərbaycan Dövlət Statistika Komitəsinin kitabxanası: kitabın və müəllifin adı, eləcə də bölmələr və nəşriyyatlar üzrə kitab axtarış forması
• Statistik nəşrlərin katalogu: müxtəlif statistik nəşrlərin adları və haqqında qısa icmal
• Azərbaycan rəqəmlərdə: ayrı-ayrı sahələr üzrə statistik bilgilər
• Azərbaycanın makroiqtisadi göstəriciləri: 2006-cı ilin yanvar-apreli, faktiki, 2006-cı ilin yanvar-apreli, 2005-Ñi ilin yanvar-aprelinə nisbətən faizlə, 2005-ci ilin yanvar-apreli, 2004-Ñü ilin yanvar-aprelinə nisbətən, faizlə
• Yeni iş yerləri: inzibati rayonlar, mülkiyyət və fəaliyyət növlərinə görə yeni iş yerlərinin statistikası
• Ərzaq təhlükəsizliyi üzrə informasiya sistemi: Azərbaycanda ərzaq təhlükəsizliyi haqqında statistik məcmuənin köhnə və yeni saylarına giriş
• Statistik informasiyaların məlumat bazası: ayrı-ayrı sahələr üzrə statistik bilgilər
• Metodologiya: ayrı-ayrı sahələr üzrə statistikanın aparılma metodları
• Statistik hesabatların formaları: ayrı-ayrı sahələr üzrə statistik hesabat formalarının yüklənmə imkanı
Qeyd: Yazı 18 may 2006-cı ildə yenilənib