Tuesday 03rd December 2024,

Xəbərlər

Ξ Leave a comment

“Vətəndaş Cəmiyyəti İnformasiya əldə edilməsi haqqında Qanunun gerçəkləşməsi üçün nə edə bilər?» mövzusunda Dəyirmi Masa keçirilib

posted by

17.05.2006

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin
Məlumatı

17 may 2006- cı il tarixdə Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən «Vətəndaş Cəmiyyəti İnformasiya əldə edilməsi haqqında Qanunun gerçəkləşməsi üçün nə edə bilər ?» mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masa ACİ-Yardım Fondu tərəfindən dəstəklənən «Dövlət orqanlarının və Mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulan neft şirkətlərinin informasiya açıqlığının monitorinqi və vətəndaşların informasiya hüququnun gerçəkləşməsinə dəstək» Layihəsi çərçivəsində həyata keçirilir.

Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru
,
Layihənin rəhbəri Osman Gündüzün və Layihənin experti Ələsgər Məmmədlinin mövzu ətrafında təqdimatları olub. Layihənin experti Azər Həsrət Dövlət orqanlarının və neft şirkətlərinin internet resurslarının monitorinqinə həsr olunan «İnformasiya Azadlığı»(www.informasiya.org ) Internet resursunu təqdim edib. Dövlət internet resurslarının analizi və reytinq cədvəli iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Dəyirmi Masada Informasiya əldə edilməsi haqqında Qanun Layihəsini hazırlayan İşçi Qrupunun rəhbəri olmuş Rizvan Cəbiyev, QHT liderləri Sahib Məmmədov, Azər Mehdiyev, RİTN-nin Hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədov, Ombudsman aparatının nümayəndəsi Zemfira Məhərrəmli, TURAN İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, AzTV-nin «SƏHƏR» Proqramının rəhbəri Qulu Məhərrəmli və digərləri çıxış ediblər.
İnformasiya azadlığının gerçəkləşdirilməsi ilə bağlı yeni Qanunun verdiyi imkanlardan səmərəli istifadə edilməsi istiqamətində ciddi müzakirələr aparılıb. Qanunun reallaşdırılması ətrafında səmərəli Təkliflər irəli sürülüb. Qanunun icrasına ictimai nəzarət məqsədilə Qurumun yaradılması, dövlət büdcəsindən bu istiqamətdə məqsədli vəsaitlərin ayrılması, dövlət internet resurslarının müntəzəm olaraq monitorinqinin keçirilməsinin və dövlətin informasiya siyasətinin daha çevik və şəffaf qurulmasının vacibliyi istiqamətində təkliflər irəli sürülüb. Qanunvericilikdəki
Yeni keyfiyyət dəyişiklikləri və açıqlanması məcburi olan informasiyalar haqqında maarifçilik işinin təşkilinə xüsusi diqqət yetirilməsi vacib hesab edilib.
Dəyirmi Masada müvafiq hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Multimedia Mərkəzi

Tel: 492 44 44

www.cit.az 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV