Friday 29th March 2024,

2011

Ξ Leave a comment

Azərbaycan TV və Radio Verilişləri QSC-nin www.aztv.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan TV və Radio Verilişləri QSC-nin www.aztv.az domen adlı İnternet resursu, başqa qurumlar üçün nümunə rolunu oynamalı olduğu halda burada ən adi cari informasiyanı belə tapmaq olmur (ölkə gündəminə aid xəbərlərin bizim monitorinqimizə aidiyyəti yoxdur əlbəttə). Bir çox bölmələr üzrə bilgi ümumiyyətlə yoxdur. Hətta ən adi vətəndaşların qəbulu bölməsinə aid heç bir bilgi yoxdur. Üstəlik saytın interaktivliyi və funksionallığı da yüksək səviyyədə deyil. Halbuki bu sahədəki ən irəli texnologiyaları məhz AzTV tətbiq edə bilərdi. Saytın ümumi durumu isə aşağıda təsvir etdiyimiz kimidir.

1. Qurum haqqında bilgilər yarıdan da az şəkildə təqdim edilib. Beş bölmədən yalnız ikisi üzrə bilgi var ki, onlardan da biri yarımçıqdır. Qurumun özü haqqında bilgi yetərli sayılsa da ona bu vaxtadək başçılıq etmiş şəxslər barədə heç nə deyilmir. Qanunverici baza, hakimiyyət qolunda yeri və səlahiyyət çərçivələri barədə də bilgi yoxdur.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, bir ümumi e-poçt ünvanı təqdim edilib.
Yerləşdiyi yerin marşrut və sxemi, ora getmək üçün ictimai nəqliyyat haqqında bilgi isə təqdim edilmir.

3. Qurumun struktur vahidləri sxem şəklində təqdim edilməsə də sözlü olaraq təsvir edilir. Həm də struktur vahidlərinin səlahiyyət çərçivələri haqqında bilgilər də təqdim edilir. Ancaq onların ünvanları və əlaqə vasitələri barədə bilgi yoxdur.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər sırasından yalnız sədr və onun müavinləri haqqında bilgi var. Heç bir struktur vahidi rəhbəri haqqında belə bilgilər təqdim edilmir. Üstəlik yalnız ümumi xarakterli əlaqə vasitələri göstərilib.

5. Saytda cari informasiya sayıla biləcək heç bir bilgi yoxdur.

6. Ümumi dövlət büdcəsi ilə bağlı heç bir bilgi verilmir.

7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər və onlardan istifadə haqqında bilgi var. Ancaq əlavə xidmətlər, pullu xidmətlər və onlardan istifadə yolları haqqında heç bir bilgi verilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər isə təəssüf ki, saytda öz əksini tapmayıb.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda öz əksini tapmayıb.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə hər hansı bilgi verilmir.

11. Eyni sözləri tender və yarışmalar haqqında da demək olar.

12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları normal olsa da orada onlayn müraciət forması və abunə təklifi yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV