Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin www.constcourt.gov.az domen adlı İnternet resursu heç də ondan gözlənildiyi qədər zəngin və funksional deyil. Burada xüsusən də şəffaflıq baxımından gərəkli olan bilgilər ümumiyyətlə yoxdur. Üstəlik başqa bölmələr üzrə təklif edilən bilgilər də yetərli deyil. Cari informasiyalar məsələsində saytı normal hesab etmək olsa da qurumdaxili əmr və sərəncamlar, icra edilən proqramlar, tender və yarışmalar, işə qəbul, vətəndaşların qəbulu kimi məsələlərdə bunu demək olmaz. Ümumiyyətlə isə sayt aşağıdakı kimi görünür.
1. Qurum haqqında bilgilər bölməsi demək olar ki, dolğun və tamdır. Yalnız quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi verilmir. Qurumun tarixi, səlahiyyət çərçivəsi, qanunverici əsasları barədə bilgilər yetərlidir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, ümumi xarakterli telefon və faks nömrələri, bir e-poçt ünvanı verilib. Ancaq qurumun yerləşdiyi ünvanın marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi yoxdur.
3. Təəssüf ki, qurumun strukturu haqqında heç bir bilgi yoxdur.
4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər bölməsində qurumun bütün doqquz üzvünün bioqrafik bilgiləri verilib. Bununla belə heç bir struktur rəhbəri barədə bu cür bilgilər yoxdur. Həm də onlarla və qurumun rəhbəri ilə əks əlaqə üçün imkanlar təklif edilmir.
5. Cari informasiyalar məsələsində saytı normal hesab etmək olar. Yalnız burada qurumdaxili əmr və sərəncamlar, onların reyestri, qurumun icra etdiyi proqram və layihələr barədə bilgilər yoxdur.
6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər də saytda əks etdirilmir.
8. Boş iş yerləri və işə qəbulla bağlı eyni hal müşahidə edilir.
9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də hər hansı bilgi verilmir.
11. Təəssüf ki, eyni sözləri tender və yarışmalar haqqında bilgilərə də şamil etmək olar.
12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları normal hesab edilə bilər. Bununla belə abunə və onlayn yazışma imkanı təklif edilmir.