Görədil Bələdiyyəsinin www.belediyye.com/goradil domen adlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, faktiki olaraq qurulduğu gündən unudulan boş bir resursdur. Saytda heç bələdiyyənin özü haqqında da bilgilərə rast gəlinmir. Düzdür, Görədil kəndi haqqında bilgilər verilib. Ancaq bu o demək deyil ki, bələdiyyə barədə bilgi verilib. Saytda struktur adlı bölmə də var. Ancaq bu bölmədəki bilgilərin struktura aydiyatı yoxdur. Xəbər adına isə ümumiyyətlə heç bir bilgi yoxdur. Bütün bunları nəzərə alaraq bu saytla bağlı hər hansı tövsiyə verə bilmirik. Yəni təkmilləşdirilməsini tövsiyə edə biləcəyimiz bir şey olmadığı üçün. Sadəcə olaraq bu bələdiyyə də özünə yeni bir İnternet saytı qurmalıdır.