Qala Bələdiyyəsinin www.belediyye.com/qala domen adlı İnternet resursu, bizi sevindirməyən İnternet saytları arasındadır. Yəni bu saytda da monitorinqi aparılacaq demək olar ki, heç bir bilgi yoxdur. Saytın 2009-cu ildə qurulduğu, elə qurulduğu zaman da yaddan çıxdığı anlaşılmaqdadır. Bələdiyyənin özü barədə belə məlumatın olmadığı resurs faktiki olaraq boşdur. Buna görə də onun haqqında geniş bilgi vermək, yaxud da fikir söyləmək imkanı yoxdur.