Multimedia Mərkəzi tərəfindən 04 noyabr 2011 – ci il tarixdə, saat 10.00-da,Beynəlxalq Mətbuat Mərkəzində “Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər” mövzusundaDəyirmi Masa keçiriləcək.
Tədbirdə dövlət xidmətlərinin elektron formada təqdim edilməsi sahəsindəmövcud vəziyyət ətrafında müzakirələr aparılacaq və Multimedia Mərkəzinin buistiqamətdə hazırladığı Təkliflər müzakirə olunacaq. Hansı xidmətlərin elektronformada təqdim edilməsinin zəruriliyi, vahid Portala verilən tələblər, vətəndaş–hökumət münasibətlərinin effektiv qurulmasında elektron xidmətlərin əhəmiyyətiilə bağlı maraqlı tərəflərin iştirakı ilə diskussiya aparılacaq.
Dəyirmi Masada Prezidentin 23 may 2011-ci il tarixli Elektron xidmətlərintəşkili ilə bağlı Sərəncamında nəzərdə tutulanların gerçəkləşməsi istiqamətindəvətəndaş cəmiyyətinin rolu ilə bağlı müzakirələr aparılacaq.
Müzakirələrin yekununda əldə olunan T
əkliflər ümumiləşdirilərək hökumətə təqdimolunacaq.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
info@informasiya.org