Multimedia MərkəzininMəlumatıMultimedia Mərkəzi dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlayıb. Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli və peşəkar formada dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır və müvafiq Hesabatlar və dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edir.
Bu il həyata keçiləcək Monitorinq prosesində yerli icra hakimiyyəti orqanlarının da rəsmi resurslarının açıqlıq və şəffaflıq vəziyyəti araşdırılacaq. Həmçinin bu ilki Monitorinq prosesində eyni anda dövlət qurumları tərəfindən elektron formada xidmət göstərilməsinə hazırlıq vəziyyəti, eyni zamanda hazırda elektron formada təqdim olunan xidmətlərin də keyfiyyəti və əldə olunma vəziyyəti də Monitorinq olunacaq.
Monitorinq prosesi “İctimai informasiya subyektlərinə məxsus ictimai informasiyaların açıqlanması vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir.
Dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini müəyyən etmək üçün aparılan Monitorinq ölkə qanunvericiliyi və beynəlxalq təcrübə nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan
Metodika əsasında gerçəkləşdirilir. Yerli icra hakimiyyəti orqanlarının Monitorinqi məqsədilə
hazırlanan metodikada yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.
Yarım il müddətində davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə icmal və tövsiyələrin hazırlanması, informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.
Elektron formada təqdim olunan xidmətlərlə bağlı ayrıca icmalın hazırlanması nəzərdə tutulub.
Bu ilki Monitorinq prosesində
65 Mərkəzi icra hakimiyyəti orqanları ( Nazirliklər, Dövlət Komitələri və s) və
60 rayon və şəhər icra hakimiyyətinin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması, xidmətlərin elektron formada təqdim edilməsi ilə bağlı situasiyanın üzə çıxarılması nəzərdə tutulub.
Multimedia Mərkəzi
Tel: 492 44 44
www.informasiya.org
multimedia@cit.az