Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin İnternet saytı e-poçt da daxil olmaqla ünvan, telefon və faks nömrələri, sol menyu, axtarış qutusu və sağda son xəbərlərin başlıqları ilə açılır. Təəssüf ki, axtarış qutusu işləmir. Ən qəribəsi isə odur ki, bəzi xəbərlər saytda qyeri-standart (kiril əsaslı) şriftlərlə yerləşdirilib. Elə ana səhifədəcə bir təcili tender elanı verilsə də tender bölməsi yoxdur. Boş iş yerləri və işə qəbul haqqında da heç nə deyilmir. BMT İnkişaf Programının dəstəyi ilə hazırlanan saytda aşağıdakı bölmələr var:
• Ana səhifə: e-poçt da daxil olmaqla ünvan, telefon və faks nömrələri, sol menyu, axtarış qutusu, sağda son xəbərlərin başlıqları
• Bizim haqqımızda: agentlik haqqında üç cümlə
• Struktur: mərkəzi aparat, «Azəryeyintisənaye» elmi-tədqiqat institutu, təcrübə-sınaq mərkəzi, respublika elmi-texniki kitabxanası
• Əsas məqsədlər: standartlaşdırma (məqsəd və prinsiplər), metrologiya, patent və əmtəə nişanı, sertifikatlaşdırma, akkreditasiya
• Sənədlər: standartların katalogu (boşdur), qanunvericilik (Azərbaycan Respublikasında Sənaye mülkiyyətin mühafizəsinə aid qanunlar, qərarlar, sərəncamlar, qaydalar, Beynəlxalq sazişlər, müqavilələr və digər hüquqi aktlar, Beynəlxalq sazişlər, Dövlətlərarası ikitərəfli sazişlər)
• Agentliyin layihələri: BMT İP-lə birgə həyata keçirilən iki layihə haqqında bilgi
• Əməkdaşlıq: bir sıra xarici və beynəlxalq qurumların saytlarına keçid
• Xəbərlər: bir sıra xəbərlər. Sonuncu 9 mart 2005-ci il tarixlidir
• Əlaqələr: baş direktor, mərkəz və şöbələrin rəhbərləri və onların telefon nömrələri