«Azpetrol» Şirkətinin İnternet saytı olduqca yığcam təsir bağışlayır. Burada o qədər də zəngin sayılmayacaq bilgilər yer alıb. Şirkətin vəzifəli şəxsləri, strukturu, tenderlər haqqında bir kəlmə də deyilmir. Əks əlaqə üçün yalnız telefon və faks nömrələri, ünvan verilib. Saytın heç bir yerində e-poçt ünvanı verilməyib. Axtarış qutusu var. Karyera imkanları haqqında danışılsa da bu, işə qəbul qaydalarını və boş iş yerlərini özündə ehtiva etmir. Saytın aşağıdakı bölmələri fəaliyyət göstərir:
• Azpetrol haqqında: yaranma və inkişaf, məqsədimiz, şirkətin logosu, YDM və QDM şəbəkəsi
• Xidmətlər: yanacaq növləri, keyfiyyətə nəzarət, əlaqəli xidmətlər, nəğdsız ödəmə kartları
• Keyfiyyət, ətraf mühit və təhlükəsizlik: keyfiyyət sahəsindəki siyasət, ətraf mühitlə bağlı siyasət, gözlənilməli qaydalar
• Xeyriyəçilik və sponsorluq: şirkətin bu yöndəki fəaliyyəti haqqında qısa bilgi
• Karyera imkanları: iş şəraiti, işə götürmə prosesi
• Mətbuat mərkəzi: xəbərlər (boşdur), fotoarxiv (ofis, YDM-lər)
• Saytın xəritəsi: saytdakı hər şey