Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin www.caspar.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin www.caspar.az ünvanlı İnternet saytı, çox təəssüflər olsun ki, heç bir normaya cavab verəcək durumda deyil. Sayt nə zamansa sadə bir şəkildə qurulub və elə o gündə də qalmaqda davam edir.
Bu resursun heç bir vəziyyəti haqqında danışmaq mümkün deyil. Nə funksionallıq və istifadə rahatlığı, nə də ki, dizayn baxımından saytla bağlı fikir söyləmək mümkün deyil.
Saytda demək olar ki, əksər bölmələr üzrə heç bir bilgiyə rast gəlinmir. Ümumilikdə isə bu resursun durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun tarixi və hazırkı rəhbəri haqqında bilgi verilir. Ancaq qanunverici bazası haqqında bilgi yoxdur.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, e-poçt ünvanları yetərli sayıla bilər. Lakin qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilmir.

3.    Qurumun strukturu haqqında qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin dəqiq (tam) ünvanları barədə bilgilər verilsə də qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgi yoxdur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar verilir. Burada yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər verilmir.  

5.    Qurumun cari fəaliyyəti haqqında hər hansı bilgi təqdim edilmir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə də bilgilər verilmir.

7.    Növbəti təqdim edilməyən bilgilər qurum tərəfindən təklif edilən xidmətlər barədə olan qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydalarıdır.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları; işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi də təqdim edilməyən bilgilər sırasındadır.

9.    Sahə işçilərinin əmək haqları barədə hər hansı bilgi yoxdur.

10.    Daha bir təqdim edilməyən bilgi vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədədir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərə də saytda rast gəlinmir.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər yoxdur.

13.    Saytın texniki imkanları da müsbət dəyərləndirilə bilməz.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV