Sunday 18th November 2018,

2013

Ξ Leave a comment

Nazirlər Kazbinetinin www.cabmin.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Nazirlər Kazbinetinin www.cabmin.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı  TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı İnternet saytı  monitorinqdə də qeyd etdiyimiz kimi, qurumun tarixi haqqında heç bir bilgi vermir. Saytda diqqət çəkən məqamlardan birinin də e-xidmətlərin demək olar ki, olmamasındadır (cəmi 1 e-poçt) . Yəni, saytda yalnız məktub yazmaq üçün e-poçt var ki, bu da qaneedici sayılmır.  Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı qurumun tarixi, əsas rəhbəri haqqında bilgilərin və kollegiya haqqında informasiyaların saytda əks etdirilməsi  tövsiyyə olunur.

2. Ziyarətçilərin qurum  ilə əlaqə saxlaması üçün qurumun ünvanının göstərilməsi, əlaqə imkanlarının  yaradılması və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilərin verilməsi mütləqdir.

3. Qurumun strukturu barədə qurumun strukturunun ümumi sxemi, aparat,   struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar,  struktur bölmələrinin səlahiyyət çərçivələri  haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

4. Rəhbər işçilər, onlara əks əlaqə haqqında, rəhbərin özünün və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi gərəklidir.

5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər yetərli sayıla bilər. Bunun üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması yaxşı olardı.

7. Qurum tərəfindən təklif edilən xidmətlər bölməsində  vətəndaşların qəbulu, qurumla əlaqə vasitələri, qurumun ünvanının göstərilməsi və qaynar xətt nömrəsinin olması yaxşı olardı.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edilməsi gərəkli olan bilgilərdəndir.

9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin əks etdirilməsi lazımlıdır.

11. Növbəti tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi haqqındadır.

12. Qurumun qurumun norma- (qanun)yaratma fəaliyyəti kifayət qədər geniş təqdim olunduğu üçün burada əlavə tövsiyəyə ehtiyac duyulmur.

13. Saytın texniki imkanları sırasına e-xidmətlər, e-poçtlar, telefon əlaqələri, qurumun ünvanı, abunə imkanı, qaynar xətt və sosial şəbəkələrdə səhifəsinin olması tövsiyələr sırasındadır.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV