Saturday 07th December 2024,

2013

Ξ Leave a comment

Nazirlər Kabinetinin www.cabmin.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Nazirlər Kabinetinin www.cabmin.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı İnternet saytında  Nazirlər Kabineti kimi mühüm bir qurumun fəaliyyəti  kifayət qədər təqdim edilmir. Saytın texniki imkanları daha çox məlumatların yerləşdirilməsinə imkan verdiyi halda, nədənsə, bu imkandan istifadə edilməyib. Struktur bölməsində quruma tabe olan digər qurumlar haqda bilgi verilir. Amma qurumun özünün strukturu haqda heç bir məlumat yoxdur. Qurumun rəhbəri haqda məlumat bölməsində yalnız qurumun rəhbərinin adı-soyadı və vəzifəsi haqda bilgi verilməklə məhdudlaşır. Nə rəhbərlə əlaqə vasitələri, nə onun barəsində bioqrafik bilgilər mövcud deyil. Bundan başqa, qurumun digər bölmələri, onların rəhbərləri haqda bilgilər və onlarla əlaqə vasitələri haqda heç bir məlumat yoxdur.  Qurumun ünvanı saytda göstərilmir. Vətəndaşların qəbulu, boş iş yerləri haqda, tender və elanlar barədə də heç bir bilgiyə rast gəlinmir. Həmçinin, ziyarətçilərin qurum ilə əlaqə saxlamaları baxımından heç bir telefon nömrəsi göstərilməyib. Saytda yalnız quruma məktub yazmaq üçün e-poçt görünür.  Digər bir çox sahələr boşdur.  Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1. Qurum ilə bağlı qurumun tarixi haqda heç bir məlumat yoxdur. Qurumun rəhbərlərindən yalnız indiki rəhbər haqqında qısa bilgi verilir. Kollegiya haqqında bilgiyə isə rast gəlinmir.

2. Ziyarətçilərin qurum  ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilmir. Quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgi yoxdur.

3. Qurumun strukturu barədə təəssüf ki, heç bir bilgi təqdim edilmir.

4. Rəhbər işçilər, onlara əks əlaqə baxımından əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və ümumi imkanlar təqdim edilmir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da göstərilməyib.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya yetərli səviyyədədir. Qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər mövcuddur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi yetərli sayıla bilməz. Qurumun qaynar xətt nömrəsi saytda yoxdur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilməyən bilgilər sırasındadır.

9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də heç bir məlumat təqdim edilmir.

11. Daha bir əks etdirilməyən məlumat  qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.

12. Qurumunun norma- (qanun) yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) saytda öz əksini tapsa da,  bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilməyib.13. Saytın texniki imkanları kafi dəyərləndirilir. Ancaq abunə imkanı, əlaqə telefonları, e-xidmətlər, qaynar  xətt və sosial şəbəkələrdə səhifəsi çatışmır.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV