Sunday 28th April 2024,

2013

Ξ Leave a comment

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arx.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arx.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arx.gov.az ünvanlı İnternet saytı icmal hissədə də qeyd etdiyimiz kimi, daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir.

Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Bununla belə, saytda bəzi  çatışmazlıqlar da müşahidə edilməkdədir. Beləliklə, bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.  Həmçinin, qaynar xəttin saytın baş səhifəsində qoyulması məqsədəmüvafiq olardı.

3. Qurumun strukturu haqqında məlumatlar dolğun olduğu üçün əlavə tövsiyyə olunmur.

4. Rəhbər işçilər, onlarla əks əlaqə baxımından, həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin olması və qurumun rəhbəri ilə əks əlaqə imkanlarının təqdim edilməsi saytı üstün edən hallardandır.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Lakin təqdim edilmiş informasiyalar sırasına qurumun təklif etdiyi əlavə xidmətlər haqqında da bilgilərin əlavə edilməsi lazımlıdır.

8. İşə qəbul qaydaları və mövcud boş iş yerləri haqqında elanlar ətraflı təqdim edildiyi üçün (hətta işə qəbul ediləcək işçinin əmək haqqının məbləği göstərilir) əlavə tövsiyə verilmir.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar kifayət qədər aydın göstərildiyi üçün əlavə tövsiyə verilmir.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı qaydalar və elanlar yetərli sayıla biləcək həddədir. Yaxşı olardı ki, tender və yarışmaların nəticələri və mübahisəli həlli qaydaları barədə bilgilər veriləydi.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

13. Saytın texniki imkanları sırasına  abunə imkanının və sosial şəbəkələrdə səhifəsinin olması tövsiyələr sırasındadır.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV