Monday 29th April 2024,

2013

Ξ Leave a comment

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arx.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arx.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arx.gov.az ünvanlı İnternet saytından istifadə çox rahatdır.  Saytın səliqəli hazırlanması o dəqiqə diqqəti cəlb edir. Sayt dolğun və zəngindir. Ziyarətçi hər hansı məlumatı əldə etmək üçün çox əziyyət çəkməli olmur.  Saytda bir sıra məsələlər üzrə e-xidmətlər təklif olunur. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur.

Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması halları da  mövcuddur. Bu bölmələr də dolu olsa, sayta heç bir tövsiyyə verməyə ehtiyac olmaz. Məsələn, abunə imkanının olmaması,  qurumun büdcəsi haqqında  heç bir bilginin verilməməsi, quruma getmək üçün marşrutların göstərilməməsi, həmçinin qaynar xəttin görünən yerdə qoyulmaması da çatışmayan cəhətlərindəndir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun ümumi sxemi, digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında dolğun məlumat təqdim edilir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları  həm telefon, həm də onlayn formada təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə də bilgilər verilmişdir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Amma saytda vakansiyalar bölməsində sahə işçilərinin əmək haqları barədə məlumatlar yer alıb ki, bu da saytı digər qurumların saytlarından fərqləndirir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dolğun bilgilər təqdim edilir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə də bilgilərə rast gəlinir.

9. Sahə işçilərinin əmək haqları barədə də natamam bilgilərə rast gəlinir. Yəni, boş iş yerləri ilə bağlı elanlarda işçiyə veriləcək maaşın miqdarı göstərilir.  Amma hazırki işçilərin tarif stavkası barədə heç bir məlumat yoxdur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə informasiy yetərli qədərdir. Bundan başqa,  dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə təqdim edilən bilgi qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədə və tender elanlarıdır.  Tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə  heç bir məlumat təqdim edilmir.

12.  Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır ki, bu da yetərli sayıla bilər.

13. Saytın texniki imkanları sırasında təqdim edilməyən yalnız abunə imkanlarıdır, digər əlaqə vasitələri, onlayn forma və qaynar xətt təqdim olunur.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV