Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az ünvanlı İnternet saytı digər saytlarla müqayisədə videosüjetlərin bolluğu ilə irəli geçə bilib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Bununla belə, bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
4. Rəhbər işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyəyə ehtiyac duyulmur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Bü üzdən də əlavə tövsiyyə verilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də göstərilsəydi, yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün bu sahədə əlavə tövsiyə verilmir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanlar verilsə də, bilgilərin yetərli sayıla biləcək həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə tövsiyə verilmir.
13. Yaxşı olardı ki, saytın texniki imkanları sırasında abunə imkanı da göstərilsin.