Sunday 18th November 2018,

2013

Ξ Leave a comment

Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az ünvanlı İnternet saytı əvvəlkinə nisbətən bir xeyli zənginləşib və yaxşılığa doğru dəyişib. Bir sıra bölmələr üzrə bilgilər tam olmasa da verilib. Saytda e-xidmətlər bölməsi də əlavə edilib və müəyyən xidmətlər bu yolla təklif edilir. Bununla belə, saytda bir sıra gərəkli bölmələr üzrə bilgilər verilmir. Yaxud da verilən bilgilər yetərli deyildir. Bu isə təbii ki,sayt haqqında hələlik yüksək rəy söyləməyə imkan vermir. Ümumilikdə isə saytdakı durum aşağıdakı kimidir:

1. Qurum ilə bağlı informasiyalar təqdim edilsə də, qurumun tarixi haqda heç bir bilgi təqdim olunmur. Nazirdən başqa digər rəhbər işçilər barədə bilgi verilmir.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri və  e-poçt ünvanları verilsə də, quruma getmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.

3. Qurumun strukturunun sxemi və aparat barədə bilgi, regional bölmələr barədə, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə, qurumun tabeliyindəki informasiya sistemləri barədə məlumatlar saytda natamam əks etdirilir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə mövcud olsa da, müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları təqdim edilmir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar baxımından mətbuat üçün açıqlamalar mövcuddur. Qurumdaxili əmr və qərarlar, onların reyestri barədə bilgilərə rast gəlinir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi təqdim edilmir.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər, həmçinin, əlavə xidmətlər barədə məlumatlar olsa da, qaynar xətt barədə bilgi verilmir.

8. Təəssüf ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilən bilgilər də natamamdır.

9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilir.  Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında məlumatlar da təqdim edilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilər əks etdirilmir.

12. Növbəti təqdim edilən məlumatlar dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Sayt texniki imkanlar baxımından yaxşıdır. Burada çatışmayan isə abunə imkanıdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV