Azərbaycan Respublikası Hava Yolları (QSC) –nin www.azal.az domen ünvanlı İnternet saytı, elektron xidmətlərin daha dolğun və daha təkmil olması diqqəti cəlb edir. Bununla belə, saytda bir çox çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiya natamam verildiyi üçün bu bölmənin daha da dolğunlaşması yaxşı olardı.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə də dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında strukturun ümumi sxeminin, aparat işçilərinin hamısının bioqrafik bilgilərinin də təqdim edilməsi tövsiyyə olunur.
4. Rəhbər işçilər, həmçinin, regional bölmələrin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi də vacib sayılır.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar yetərli qədər təqdim edilir. Buna görə də əlavə tövsiyyəyə ehtiyac duyulmur.
8. Quruma işə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, elanların arxivi barədə bilgilərin verilməsi də tövsiyyələr sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə məlumatların göstərilməsi də vacib sayılan şərtlərdəndir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər ətraflı verildiyi üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərin təqdim olunması tövsiyyələr sırasındadır.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyyə verilmir.
13. Saytın texniki imkanları sırasında abunə imkanının və sosial şəbəkədə səhifəsinin mövcud olması səbəbindən əlavə tövsiyyəyə ehtiyac yoxdur. Onu da qeyd edək ki, “Azal” QSC-nin fasebook sosial şəbəkəsindəki səhifəsi kifayət qədər aktiv görünür.