Azərbaycan Respublikası Hava Yolları (QSC)-nin www.azal.az ünvanlı İnternet saytı elektron xidmətlərə və sahə üzrə məlumatların təqdimatına görə, dolğun şəkildə təqdim edilməkdədir. Saytın struktur sxeminin olmaması, rəhbərlik və aparat haqqında heç bir məlumatın təqdim edilməməsi, qaynar xəttinin yoxluğu çatışmayan cəhətlərdəndir. Həmçinin, qurumun büdcəsi haqqında bilgilərə, sahə işçilərinin tarif stavkasına da rast gəlinmir. Qurumun alt bölümləri və regional bölmələri haqda məlumatlar geniş verilmişdir. Amma regional qurumların rəhbərləri haqqında heç bir bilgi saytda göstərilməyib. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayılmır. Qurumun tarixi haqda heç bir məlumat saytda öz əksini tapmayıb.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxeminə saytda rast gəlinmir. Aparat işçilərindən QSC-nin prezidenti və digər rəhbər işçilər haqda da heç bir bilgiyə rastlamadlq. Qurumun alt bölmələrinin ünvanları, əlaqə vasitələri barədə məlumatlar verilsə də, alt qurumların rəhbərləri haqda heç bir bilgi təqdim olunmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə vasitələri verilsə də, qurumun rəhbərinin bioqrafiyası və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda geniş şəkildə öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında həmçinin, işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də hər hansı bir bilgiyə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilər mövcud deyildir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar saytda öz əksini tapmışdır. Amma dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilməyib.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir məlumat saytda əksini tapmayıb.
12. Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları sırasında abunə və sosial şəbəkədə səhifəsi təqdim olunur. Sosial şəbəkədə səhifəsini aktiv qiymətləndirmək olar.