Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.mct. gov.az ünvanlı İnternet saytı daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin ayrıca bölümdə verilməsi də onun üstünlüklərindən biridir. Saytda az sayda şatışmazlırlar mövcuddur. Qurumun sahə işçilərinin əmək haqları ilə bağlı məlumata rast gəlmədiyimiz, həmçinin, illər üzrə verilən hesabatda aparılan təmir-bərpa işləri və keçirilən tədbirlər üçün xərclənən vəsaitlər haqda da məlumatlar gözə dəymir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi məqsədəuyğundur.
3. Qurumun strukturu haqqında bütün məlumatlar yetərli sayıldığı üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər təqdim edildiyi üçün burada da əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron xidmətlər və əlavə xidmətlər haqqında informasiyalar təqdim edilir. Bu sahədə də heç bir tövsiyə verilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin ətraflı verilməsi tövsiyə olunur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim etmək lazımdır.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərin yetərli sayıla biləcək həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərin ətraflı əks etdirilməsi tövsiyələr sırasındadır. 13. Saytın abunə imkanı, qaynar xətt, əks əlaqə üçün onlayn formaları, həmçinin, sosial şəbəkələrdə səhifələri var. Bu da saytı daha da zəngin edən cəhətlərdəndir.