Sunday 18th November 2018,

2013

Ξ Leave a comment

Ombudsman İnsan Hüquqları üzrə Müvəkkil www.ombudsman.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Ombudsman  İnsan Hüquqları üzrə Müvəkkil www.ombudsman.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası  Ombudsman İnsan Hüquqları üzrə Müvəkkil www.ombudsman.gov.az ünvanlı İnternet saytının,  monitorinqdə də qeyd etdiyimiz kimi, texniki imkanları və funksionallığı da öz yerindədir.

Burada diqqət çəkən məqamlardan biri də e-xidmətlərin olmasıdır. Ancaq bununla belə saytda çatışmayan bilgilər də çoxdur. Lakin nəzərə alsaq ki, saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər, o zaman deyilən istiqamətdə tövsiyyələrimizi təqdim etməyə dəyər. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı bilgilərlə yanaşı kollegiya haqqında informasiyaların saytda əks etdirilməsi  tövsiyyə olunur.

2. Ziyarətçilərin qurum  ilə əlaqə saxlaması üçün verilmiş imkanlar  yaxşıdır. Amma quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgi verilməsi tövsiyyə edilir.

3. Qurumun strukturunun , aparat, qurumun alt bölmələri və  regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilərin təqdim edilməsi də tövsiyyələr sırasındadır.

4. Rəhbər işçilər, onlara əks əlaqələr , rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi gərəklidir.

5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasında qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), həmçinin, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər təqdim edildiyi üçün əlavə tövsiyyə verilmir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması yaxşı olardı.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında məlumatlar, qaynar xətt nömrəsinin olması saytda öz əksini tapdığı üçün əlavə tövsiyyə yoxdur.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin geniş təqdim edilməsinə ehtiyac var. Saytda iki iş elanına rast gəlinir ki, bunlar da yalnız layihələrlə bağlı elanlardlr, yəni ştat vahidi üçün nəzərdə tutulmur.

9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi olsa da, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin əks etdirilməsi lazımlıdır.

11. Növbəti tövsiyyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi lazımdır.

12. Daha bir tövsiyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir. Düzdür, qurumdaxili əmrlər, onların mətni göstərilib, amma yaxşı olardı ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapsın.

13. Saytın texniki imkanları sırasına abunə imkanının və sosial resurslarda səhifəsinin hazırlanması da əlavə edilsəydi yaxşı olardı.

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV