Sunday 23rd February 2020,

Təhlil və şərhlər

Ξ Leave a comment

İ D D İ A Ə R İ Z Ə S İ

posted by

   SƏBAİL RAYON MƏHKƏMƏSİ

Ünvan:  Bakı şəhəri, Neftçilər prospekti, 5.

 İddiaçı:            Müşfiq Tahirov

Ünvan: AZ1130, Bakı şəhəri, Azadlıq prospekti, ev 172, mənzil 152ç , Telefon: (+994 12) 461-33-18; (+994 50) 670-41-85

e-mail: mushfig_tahir@yahoo.com

Cavabdeh:      Azərbaycan Respublikasının Milli Məclisinin Aparatı

    Ünvan: Bakı şəhəri,  Parlament küçəsi, 1

İ D D İ A      Ə R İ Z Ə S İ

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin I bəndinin “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır” tələbini rəhbər tutaraq, 2005-ci il sentyabr ayında Milli Məclis tərəfindən qəbul edilən və 9 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun verdiyi hüquqlara əsaslanaraq, 19 sentyabr 2006-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatına “III çağırış Milli Məclisdə keçirilən bütün açıq səsvermələrin adbaad nəticələri”nin verilməsini təmin etməyi xahiş edən İnformasiya Sorğusu göndərdim.

İnformasiya sorğusu 20 sentyabr 2006-cı il tarixində Milli Məclisin Aparatına daxil olmuş və 1137 saylı qeydiyyat nömrəsi ilə qeydiyyat kitabına daxil edilmişdir.

İnformasiya sorğusunun göndərilməsindən 2 aya yaxın vaxt keçsə də Milli Məclisin Aparatından hər hansı məzmunda rəsmi cavab daxil olmamış, ümumiyyətlə tələb etdiyim informasiya mənə təqdim edilməmışdir.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi “Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yarat maqdan ibarətdir”.

Həmin Qanunun 6-cı maddəsinə görə informasiya əldə olunmasının əsas prinsiplərindən biri də “informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi” olaraq müəyyən edilmişdir.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə “dövlət orqanları” informasiya sahibi hesab edilirlər. 10-cu maddədə isə informasiya sahiblərinin vəzifələri müəyyən edilmiş və “informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməli” olduğu vəzifə olaraq informasiya sahiblərinin üzərlərinə qoyulmuşdur.

Həmin Qanunun 24.1-cü maddəsində “İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir  tələbinə və  24.5-ci maddəsindəki “İnformasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır” müddəasına əsasən informasiya sorğusunun icra müddəti 29 sentyabr 2006-cı ildə başa çatıb. Əgər sorğunun icra müddəti həmin Qanunun 25-ci maddəsinin tələbinə uyğun olaraq uzadılmış olsa belə, bu barədə 5 iş günü ərzində sorğuçuya məlumat verməli idi. Bütün hallarda Qanunda nəzərdə tutulan müddətlər başa çatsa da informasiya sahibi Milli Məclisin Aparatı tərəfindən sorğuma cavab olaraq hər hansı məktub daxil olmayıb.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən “…informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar”.

Ayrıca, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.16-cı maddəsinə əsasən “Azərbaycan Respublikası Milli Məclisinin açıq iclaslarının protokolları və stenoqramları” xidməti istifadə üçün nəzərdə tutula bilməz və sənədlərə çıxışa məhdudiyyət  qoyula bilməz.

Bu  müddəadan və Milli Məclisin Daxili Nizamnaməsinin 25-ci maddəsindən açıq aydın olur ki, sorğu ilə tələb edilən informasiya açıq informasiyadır və ictimai əhəmiyyətli informasiya kimi sorğulandığı halda təqdim edilməlidir.

Konstitusiyanını 60-cı maddəsinə görə “ Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər”.

 “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə informasiya əldə olunmasının əsas prinsiplərindən biri də “informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi”-dir.

Həmin Qanunun 49.1-ci maddəsinə əsasən “Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Müvəkkilə şikayət etmək hüququna malikdir.”

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən  Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.

Millli Məclisin Aparatı İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun mənə verdiyi informasiya əldə etmək hüququmu pozaraq, ictimaiyyətə açıq olması zəruri olan informasiyanı yazılı informasiya sorğusu vasitəsi ilə tələb etsəm də, mənə təqdim etməyib.

Vəsatət:

Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150, 285-288, 296-300-cü maddələrini rəhbər tutaraq,

         insan hüquq və azadlıqlarından olan, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində tənzimlənən məlumat azadlığını, o cümlədən İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən maddələri ilə təminat altına alınan informasiya əldə etmək hüququmu təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin Aparatından III çağırış Milli Məclisdə keçirilən bütün açıq səsvermələrin adbaad nəticələri”nin informasiya sorğuma cavab olaraq mənə verilməsini;

         məhkəmə və vəkil xərclərimin cavabdehdən tutularaq mənə ödənilməsini təmin edən qətnamə çıxarmanız barədə vəsatət qaldırırıq!

Əlavə edilir:

  1. 19 sentyabr 2006-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Aparatına göndərilən İnformasiya Sorğusunun surəti
  2. İddia ərizənin surəti
  3. Məktubun göndərilməsini təsdiq edən poçt bildirişi
  4. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
  5. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2006-cı il tarixli, S-05 saylı məktubu ilə, 23 oktyabr 2006-ci il tarixli Qərardadının surəti  

Müşfiq Tahirov  15 Noyabr 2006-cı il

Qeyd

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV