Friday 26th April 2024,

2015

Ξ Leave a comment

Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az İnternet resursunun görünüşü normaldır. Amma rayon haqqındakı bölmədə rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, mədəniyyəti, səhiyyəsi və idman haqqındakı informasiyalar olsa da, əhatəli və geniş deyil. Xəbərlər bölməsini qənaətbəxş hesab etsək də bəzi informasiyaların yerləşdirmə tarixləri arasındakı vaxt məsafəsinin uzun olduğu da nəzərdən qaçmır. Digər bölmələr üzrə də bilgilər kifayət qədər deyil. Bəzi bölmələrin (elektron xidmətlər, elektron müraciət, infrastruktur) boş olması və təqdim edilməsi gərəkli olan bilgilərin olmaması gözdən qaçmır. Saytda əsaslı dəyişiklik yoxdur.

Beləliklə, Ağdaş Rayon İcra Hakimiyyəti saytının ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayon haqqındakı bilgilər kifayət qədər deyil, qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar çox azdır. Hətta İcra Hakimiyyətinin başçısı bölməsində yalnız başçının adı, soyadı və vəzifəyə təyin olunduğu tarix qeyd edimişdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə heç bir məlumat verilmir.

2.  Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları verilsə də, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və şöbələr haqqında mə­lumatlar olsa da, hansı şöbəyə kimin rəhbərlik etdiyi, müavinlərin adları, onlarla əlaqə nömrələri haqda heç bir məlumat yoxdur. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar da saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilmir. Həmçinin mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də  əks etdirilmir.

5.  Cari informasiyalar baxımından sayt zəngin sayıla bilər. Yalnız sonuncu təqdim olunan informasiya ilə ondan əvvəlki informasiya arasındakı vaxt məsafəsi təxminən bir aydır. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Qurumun büdcəsi, büdcənin icrası, büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalara da saytda rast gəlinmir.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında isə  yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı olan informasiyalar barədə də eyni sözləri söyləmək mümükündür.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər olsa da burada nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları nə də, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərə rast gəlinmir. Əlaqə üçün isə yalnız bir  şəhər nömrəsi təqdim edilib.

11.  Tender və yarışmalar haqqında da bilgilər saytda əks etdirilmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV