Friday 26th April 2024,

2015

Ξ Leave a comment

Dövlət Sığorta Şirkəti www.azersigorta.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Dövlət Sığorta Şirkəti www.azersigorta.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti www.azersigorta.az domen adlı İnternet saytının qeyd etdiyimiz kimi texniki imkanları və funksionallığı öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də saytın hələ hazırlıq ərəfəsində olmasıdır. Saytda korporativ, fərdi və bank müştəriləri bölməsi, təkrarsığorta, icbari sığorta, əmlak, tibbi, səyahət, məsuliyyət, fərdi qəza sığortaları haqda ətraflı bilgi verilib. Qurumun saytında sahə işçilərinin tarif stavkası, tender və yarışmaların elanları, nəticələri, büdcə, büdcədənkənar daxilolmalar, işə qəbulla bağlı qaydalar, boş iş yerlərinin elanları, rəhbər işçilərin tarif stavkası, qurumun norma yaratma fəaliyyəti öz əksini tapmır. Bu məlumatlar da göstərilsəydi sayt qismən dolğun olardı.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, e-poçtlar barədə bilgilər verildiyi üçün bu sahədə tövsiyə qurumun marşrut sxemi və quruma gəlmək üçün ictiami nəqliyyat haqqındadır.

3. Qurumun strukturu barədə gərəkli bilgilər təqdim edildiyi üçün əlavə tövsiyəyə gərək duyulmur.

4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyə verilmir.

5. Qurumun cari fəaliyyəti haqqında – qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestrinə (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) bilgilərin təqdim edilməsi       qurumun həyata keçirdiyi proqram və layihələr barədə təqdim edilmiş bilgilərin isə dolğunlaşdırırlması tövsiyə olunur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumatların təqdim edilməsi tövsiyələr sırasındadır.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları təqdim edilsə də, boş iş yerləri haqqında elanlar təqdim edilmədiyi üçün bu bilgilər də saytda yer alsı tövsiyə olunur.

9. Sahə işçilərinin əmək haqları barədə isə saytda heç bir bilgiyə rast gəlinmir. Yaxşı olardı ki, bu barədə də məlumatlar təqdim olunaydı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isə əks etdirilmiş bilgilərlə yanaşı dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatların da əks etdirilməsi tövsiyə olunur.

11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında kifayət qədər geniş məlumatlar saytda yer almamışdır. Bu da əlavə edilsəydi sahə dolğunlaşmış olardı.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv qismən öz əksini tapır.  Bu sahənin tam dolğunlaşdırılması tövsiyələr sırasındadır.

13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi və qurumun sosial şəbəkələrdən facebook sosial şəbəkəsində səhifəsinin aktivləşdirilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV